Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh prosesinə sadiq qalır

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh prosesinə sadiq qalır.

Erməni KİV-nin yaydığı məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Piter Stano deyib.

“Biz Azərbaycan və Ermənistan rəhbərliyi ilə sıx təmasda olmuşuq, hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və problemlərin müstəsna olaraq sülh yolu ilə həllinə dəstəyimizi təkrarlamaqdan yorulmamışıq. Bizim kommunikasiya kanallarımız açıqdır. Aİ Şurasının Prezidenti Şarl Mişel, Ali Nümayəndə Jozep Borrel və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar iki ölkə arasında sabit və davamlı sülhün yaradılmasında iştiraklarını davam etdirirlər”, - deyə o bildirib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin