Lavrovdan Paşinyanın Zəngəzur dəhlizi təklifinə reaksiya: Yersizdir!

Rusiya xarici işlər naziri Sergey Lavrov İrandan və Ermənistandan keçən yolların müqayisəsini çətin adlandırıb.

 

Bu barədə o, bu gün keçirilən mətbuat konfransında danışıb.

 

Nazir Paşinyanın təklifinin yersiz olduğunu bildirib.

 

“Cənab Paşinyanın Ermənistan ərazisindən tranzit üçün eyni şərtləri istədiyi barədə dediklərində heçir məntiq görünmür, açığını desəm, bunları müqayisə etmək çətin və yersizdir".

 

O qeyd edib ki, Ermənistan indi Sünik vilayətindən (Zəngəzur - red.) keçən yolu açmaqda çətinlik edir, bu üçtərəfli bəyanatda deyilib.

 

"İrəvan yeni tələblər irəli sürür, orada Rusiya sərhədçilərinin yerləşdirilməsini istəmir. Bu, razılaşmalara ziddir. Qərbin eqoist istəklərinin maraqlarının Ermənistan və Azərbaycanın maraqlarının reallaşmasına mane olması təəssüf doğurur", - nazir belə söyləyib.

 

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bir neçə gün əvvək Qavar şəhərində keçirilən görüş zamanı deyib ki, İrəvan İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır.

 

“Biz də İranın təqdim etdiyi şərtlərlə Azərbaycan və Naxçıvan arasında dəmir yolu və avtomobil əlaqəsini təmin etməyə hazırıq”, - Paşinyan bildirib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin