Ermənistan özünü MƏHVƏ APARIR - “Bir əsgərimizin də qanı yerdə qalmayacaq”

Azərbaycan ermənilərin təxribatına cavab olaraq “qisas əməliyyatı” keçirdi.

Dövlət Sərhəd Xidmətinin bölmələrinin əməliyyatı nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edildi, döyüş mövqeləri susduruldu.

Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.

DSX açıqladığı rəsmi məlumatda bildirir ki, Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək.

 

 

 

 

 

 

Təbii ki, baş verən bu hadisənin də günahkarı Ermənistandır. Ermənistan istər Vətən müharibəsi ərəfəsində Tovuz təxribatları ilə, istər sonrakı dövrdə separatçıları silahlandırması, üstümüzə salması ilə, istərsə də son zamanlar Qərbə sığınıb sərhəddə hərəkətlilik yaratması ilə münaqişə yaratmağa davam edir. Bütün bunların cavabını hər dəfə Azərbaycan ordusu layiqincə verir. Ancaq düşmən bundan nəticə çıxarmır. Azərbaycan Ermənistana da digər sərhəd qonşuları kimi yanaşmaq arzusunda olub, heç bir dövlətə qarşı ərazi iddiası ilə çıxış etmir. Ancaq biz bunu Ermənistan tərəfinin çıxışlarında, Paşinyanın siyasi gedişlərində görmürük. Paşinyanın zərurət olmadan “The Telegtaph” nəşrinə müsahibəsində aqressiv tonu da Ermənistanın növbəti təxribat hazırladığına dəlalət edən faktor idi.

Eyni zamanda Ermənistan dayanmadan silahla təmin olunur. Dəfələrlə vurğulanıb ki, Ermənistan Fransadan, Hindistandan silah alır, regionda sülh danışıqlarına zərbə vurmaq üçün gedişlər gedir, gərginliyi artırır. Ancaq bütün bunlara həmişə insan haqlarından, anti-terrordan danışan Qərb reaksiya vermir. Açıq-aşkar Ermənistanı üstümüzə salmaqla Rusiya, İran sərhədləri yaxınlığında yeni bir münaqişə ocağı yaratmağa cəhd edirlər. Azərbaycanı yenidən böyük savaşa, müharibəyə çəkirlər.

Bir müddət öncə Avropa məmurlarının Ermənistana gəlməsi, Fransa generalının Ermənistana səfəri və Azərbaycanla sərhəddə peyda olması, "binokl diplomatiyası", ABŞ instruktorlarının Ermənistanda çalışması, Çexiya casusunun saxlanması və digər faktlar ekspertlər tərəfindən Ermənistanın hərbi əməliyyatlara hazırlanmsı kimi şərh edildi. Mediada Ermənistanın sərhəddə əməliyyat həyata keçirərək uğur qazanmağa çalışacağı xəbərdarlığı getmişdi.

Deyilənlər baş verdi. Ancaq baş verənlərin də həmişə olduğu kimi layiqli cavabı verildi. Bir əsgərimizin qanı üçün bütöv erməni postunu məhv etdik. Bunu Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev Ermənistana hər zaman xəbərdarlıq kimi deyir.

photo_146560.jpg (71 KB)

Prezident İlham Əliyevin dediyi kimi, bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Qalmayıb və bundan sonra da qalan deyil. Hamı bilməlidir ki, hər bir təxribat şiddətli şəkildə cavablandırılacaq.

2022-ci ilin avqustunda Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülmüşdü. Eləcə də “Qisas-2” əməliyyatı ilə təxribat törədən düşmənə layiqli cavab verilmiş, qanunsuz hərbi birləşmələrin 5 üzvü - separatçı dəstənin üzvləri Armo Abqaryan, Samvel Torosyan, Yervand Tadevosyan və Qaqik Balayan öldürülmüşdü.
Yəni Azərbaycan heç vaxt düşmən təxribatını cavabsız qoymayıb. Ancaq düşmən görünür ki, itki verməkdən, rəzil duruma düşməkdən, Qərbə maşa olmaqdan yorulmayıb. Öz təxribatçı əməllərinə son qoymaq istəmir. Bir zamanlar başqa dövlətlərin əlində maşa olan Ermənistan hakimiyyəti indi də Qərbin maşası olub. Olan erməni xalqına olur. Ermənistanın hakimiyyəti həm dövlətlərini, həm də xalqlarını məhv olmaq riskinə atırlar. Ermənilər buna göz yummalı deyil, onları məhvə aparan hakimiyyətə, siyasətə qarşı çıxmalıdırlar.

ai.jpg (151 KB)

Təbii ki, baş verənlərə görə Ermənistan rəhbərliyi ilə yanaşı Aİ missiyasının nümayəndələri, hərbçiləri, instruktorları, “binoklçu”lar da məsuliyyət daşıyırlar.

Normalda beynəlxalq qanunları “müdafiə edən” Aİ missiyası məsələyə reaksiya verməli, təxribatı qınamalı idi. Ancaq bunu görmədik. Təəccübləndikmi? Təccüblənmədik. Çünki bu, Qərbin ilk bu cür yanaşması deyil. Konkret olaraq uzun müddətdir “xaçlı hücumu” qarşısındayıq. Birləşib, yenə də Qafqazda böyük gücə çevrilən Azərbaycanın üzərinə gəlirlər.

Azərbaycanın Xankəndidən separatçıları qovması, məhv etməsi ilə ABŞ, Fransanın regiona uzantıları kəsilib. Ona görə də bu cür vurnuxurlar. Onların hazırda tək məqsədləri vəziyyəti gərginləşdirməklə mövcudluqlarını Ermənistanda və regionda saxlamaqdır. Ancaq Ermənistan başa düşməlidir ki, heç kim onun arxasında dayana bilməyəcək. Çünki “Dəmir yumruq” yerindədir və lazım olanda zərbəsini başlarına endirir.(Musavat.com)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin