“Ortaq hərbi istehsal türk dünyasının gücünə güc qatacaq”

“Azərbaycan və Türkiyənin müdafiə sənayesi sahəsində həyata keçirəcəyi ortaq istehsal yalnız bu iki dövlətin deyil, ümumilikdə bütün türk dünyasının gücünə güc qatacaq, onun hərbi-siyasi nüfuzunu daha da yüksəldəcək”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, iki türk dövlətinin müdafiə sənayesi sahəsində həyata keçirəcəyi hərbi istehsal bir çox baxımdan mühüm əhəmiyyətə malikdir:

 

“Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğu heç kimə sirr deyil. Azərbaycan ordusunun türk ordu modelinə keçidi, iki ordu arasında mütəmadi şəkildə keçirilən hərbi təlimlər, kadr hazırlığı və s. kimi nüanslar bundan xəbər verir.

Prezident İlham Əliyevin Türkiyəyə səfəri əsnasında verdiyi açıqlamaldan bəlli oldu ki, yaxın gələcəkdə iki dövlət arasında müdafiə sənayesi sahəsində ortaq istehsalın reallaşması da nəzərdə tutulub ki, bu da ciddi yenilikdir. Bu yenilik həm Azərbaycanın, həm də Türkiyənin hərbi sənayesini gücləndirməklə yanaşı, bu ölkələrin regionda və dünyadakı nüfuzuna da müsbət təsir göstərəcək.

 

Bundan başqa, birgə istehsal hər iki ölkənin xaricdən hərbi idxal asılılğını da azaldacaq ki, bu da olduqca vacibdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı bəzi ölkələrin qardaş Türkiyəyə hərbi texnika və onun komponentləri ilə bağlı satışı yasaqlaması, bu sahədə süni problemlər yaratmağa çalışması hər kəsə məlumdur. Birgə hərbi istehsal gələckdə bu kimi təzyiqlərin qarşısının alınmasında da həlledici rol oynayacaq, bizə bütün ehtiyaclarımızı daxili istehsal hesabına qarşılamağa imkan verəcək”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin