Lavrov Mirzoyanla Ermənistan-Azərbaycan danışıqlarını müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığının təfərrüatları barədə məlumat açıqlanıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda bildirlib

Nazirlər ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini müzakirə ediblər.

“Xarici İşlər nazirliklərinin rəhbərləri ikitərəfli və regional gündəliyin cari məsələlərini, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini, həmçinin ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər”, - deyə rəsmi məlumatda bildirilib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin