Azərbaycanla ərazi mübadiləsi ola bilər, lakin... - Paşinyan

"Delimitasiya Tavuş bölgəsindən başlaya bilər, bu, təhlükəsizlik çağırışları ilə bağlıdır".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bunu istisna etməyib.

 

“Etiraf edirəm ki, ərazi mübadiləsi ola bilər, lakin bu cür yanaşmanın ehtimalı azdır, çünki bu, prosesi təhrif edə və əlavə risklər yarada bilər”, - deyə o bildirib.

 

Ermənistan Respublikasının yurisdiksiyasından kənarda qala biləcək kommunikasiyalara gəlincə, Paşinyan qeyd edib ki, Ermənistan bu məsələni həll etməli və "öz yurisdiksiyasında rabitə yaratmalıdır".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin