Azərbaycana qarşı yeni çirkin plan - Oskanyan Avropada niyə sülənir...

Avropalı parlamentarilər Avropa İttifaqını Bakıya sanksiyalar tətbiq etməyə çağırır, lakin qurumun energetika üzrə müşavirinin son bəyanatlarını, deyəsən, unudurlar... - iki partiyadan reaksiya

“Miatsum” ideyası, “artsax” gorbagor olsa da, erməni lobbisinin, Ermənistanda radikal-revanşist qüvvələrin ərazi bütövlüyümüz əleyhinə fəaliyyəti səngimir. Xəbər verildiyi kimi, bu məqsədlə yanvar ayında uydurma “artsax parlamenti” Ermənistanın sabiq xarici işlər naziri (1998-2008) Vardan Oskanyanın rəhbərliyi ilə “artsax üzrə beynəlxalq komitə” yaradıb. 

Bu üzdəniraq qurumun əsas hədəfi “artsax ermənilərinin öz evlərinə qayıdışının və digər əsas hüquqlarının təmin edilməsinə” nail olmaqdan ibarətdir. Təbii ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətdən söhbət belə getmir.

Bu arada məlum olub ki, Oskanyan və “komitə”nin bir sıra üzvləri bir neçə həftədir ki, xaricdədir. Onlar Avropanın müxtəlif siyasi xadimləri, beynəlxalq strukturların nümayəndələri ilə intensiv görüşlər keçirirlər. Bu barədə “Hraparak” qəzeti yazıb.

“Artsax parlamentariləri (?! - red.) Oskanyanın martın ortalarında Ermənistana qayıdışını və onlarla görüşüb görülən işlərlə bağlı məlumat verəcəyini gözləyirlər. Amma onlar artıq bilirlər ki, sabiq xarici işlər naziri nazir işlədiyi dövrdəki Avropa əlaqələrini bərpa edib, əsas fiqurlarla, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşlər keçirib. 3 gündə 16 görüş keçirib. Komitə isə hazırda beynəlxalq mandat almaq üçün işlərlə məşğuldur. Bu məqsədlə hüquqi təqdimatların hazırlanması üçün hüquqşünaslarla müzakirələr davam edir”, - qəzet qeyd edib.

Hansı beynəlxalq mandat? Onu kim verəcək? Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlik “komitə” buna necə nail ola bilər? Azərbaycan buna qarşı hansısa kontr-tədbirlər görməlidirmi?

Çingiz Qənizadə: "Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi  və mədəni əlaqələr bağlayır"

Çingiz Qənizadə: “Toivo Klaar və onun kimilər ölkəmizə səfər etmək istəsə...”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Toivo Klaar və onun kimilərinə rəsmi Bakının sanksiyalar tətbiq etməsi yönündə çağırış etdi: “Ermənilərin "miatsum" ideyası və “artsax” “dövlət” ideyaları 44 günlük savaşdan sonra darmadağın oldu. Ermənilər artıq dərk etdilər ki, dənizdən dənizə bir dövlət yaratmaq ideyası xülyalar imiş, bu, qeyri-mümkündür. Amma təbii ki, revanşist qüvvələr həm də Ermənistanda bu ideyalar ətrafında birləşərək mövcud hakimiyyətə qarşı birləşmək, mübarizə aparmaq, eyni zamanda xarici təşkilatlardan qrantlar almaq və qrantları hansısa yollarla mənimsəmək niyyətindədirlər. Bunun üçün də müxtəlif adlar altında təşkilatlar yaradırlar. Məlumata görə, uydurma “arsax parlamenti” Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan - hansı ki, bugünlərdə Ermənistan hakimiyyəti əleyhinə bir müsahibə vermişdi, mətbuatda da bunun şahidi olduq - özünün xarici işlər naziri olduğu dönəmlərdə bir qələt edə bilməyən birisi, indi keçmiş əlaqələrini işə salaraq “artsax üzrə beynəlxalq komitə”nin adından fəaliyyət göstərir. İndi guya bir “komitə” yaradıb. Təbii ki, o, Ermənistanın xarici işlər naziri olarkən Avropadakı müəyyən rəsmi dairələrlə, eyni zamanda erməni lobbisi ilə yaxından əlaqələr qurmuşdu. Onlar “artsax dövləti”nin tanınacağı ümidi ilə çox böyük miqdarda pullar ayırırdılar. Oskanyan martın ortalarında Ermənistana qayıdanda verəcəyi açıqlamalarda Avropada nə işlər gördüyü ilə bağlı nələrsə deyəcək. Amma bağlı qapılar arxasında “artsax dövləti”nin tanınmadığı, həmin ərazilərin Azərbaycan əraziləri kimi tanıdığı barədə də fikirlərini çatdıracaq. Manipulyasiya üçün yeni-yeni kanalların axtarılması yönündə fikirlər səslənəcək. Baxmayaraq ki, 3 gündə 16 görüş keçirib, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb, inanıram ki, bu görüşlərin hamısı mənasızdır. Əminəm ki, səhəri gün Toivo Klaara biz tərəfdən, yaxud da xaricdəki bir jurnalist tərəfindən müraciət olunsa, deyəcək ki, şəxsi əlaqələr baxımından görüşmüşəm, yəni biz onu rəsmi nümayəndə kimi qəbul etməmişik. Təbii ki, belə şəxsləri rəsmi yerlərdə qəbul etmək Azərbaycanın suverenliyinə bir təhdiddir. Şəxsi zəmində görüş bir yerdə oturub kofe içmək və s. ola bilər. Bu “komitə”nin özü belə fəaliyyətimizə qarşı olan bir addımdır. Hesab edirəm ki, Azərbaycan tərəfi Toivo Klaara və onun təmsil etdiyi quruma bir etiraz göndərməlidir ki, bu cür separatçı rejimin adından danışanların qəbul edilməsi yolverilməzdir. Bu cür şəxslərlə Azərbaycan tərəfi dərhal əlaqəni kəsməlidir. Səhəri gün Toivo Klaar və onun kimiləri ölkəmizə səfər etmək istəsələr, onlara qarşı sanksiyalar tətbiq edilməlidir ki, baxmayaraq ki, siz beynəlxalq təşkilatlarda böyük nüfuza sahibsiniz, amma gördüyünüz işlər, etdiyiniz hərəkətlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ziddir. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı deyəndə bir ada fikir versinlər. Gürcüstan deyəndə nəyi nəzərdə tutduqlarını bilmirəm, amma Cənubi Qafqaz deyəndə Ermənistanla Azərbaycan arasındakı böhran bura daxildir. Klaar və onun kimilər əgər Azərbaycan ərazilərinin bütövlüyünü tanıyırlarsa, o zaman nə adla oskanyanları qəbul edirlər? Bununla siyasi imiclərinə öncəliklə xələl gətirirlər. Qarabağdan gedən ermənilərin qayıdışı ilə bağlı məsələyə gəlincə, Azərbaycan dövləti öz mövqeyini bildirib. Qapılar açıqdır. Kimlər ki, bu böhran başlayan zamana qədər, yəni ermənilərin işğala başladıqları ötən əsrin 80-ci illərinin sonlarına doğru yaşayıblar, onlar və onlardan törəyənlər Qarabağa qayıdıb yaşaya bilərlər. Amma kimlər ki, işğal dövründə Azərbaycan ərazisinə gəlib burada müəyyən biznes fəaliyyəti ilə məşğul olublar, qanunsuz şəkildə burada evlər alıblar, yaşayıblar. Həmin şəxslər qayıda bilməzlər və qayıtmaları da arzuolunan deyil. Azərbaycan dövləti qayıdanların təhlükəsizliyinə zəmanət verir. Bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə indiki nümayəndəsi və digərləri bilməmiş deyil. Paşinyanın bu cür təşkilatların Ermənistanda ayaq tutub fəaliyyət göstərməsinin qarşısını almadan sülh müqaviləsindən danışmağa nə mənəvi, nə də hüquqi haqqı var".

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Sona Əliyeva: “Ermənistanın bilet almaq istədiyi qatar artıq çoxdan yola düşüb”

Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyeva burada narahatlığa bir əsas görmür: “Ermənistandakı bəzi radikal-revanşist dairələrin məhz indi hərəkətə keçməsi heç də əbəs deyil. Çünki onlar Zəngəzur dəhlizi məsələsini və Ermənistanın işğal altında saxladığı 8 kəndi unutdurmaq üçün yeni həmlə etməyə çalışırlar. Bunun üçün ən "köhnə kart" sayılan keçmiş xarici işlər naziri Vardan Oskanyanı ortaya atıblar. Vardan Oskanyan uzun müddət Qərbdəki ermənipərəst dairələri maliyyələşdirən şəxsdir. O, Qərbdəki rüşvətxor diplomatları yenidən akivləşdirmək və Azərbaycanın üzərinə qaldırmaq üçün hərəkətə keçib. “Artsax məsələsi”i qəbirdən çıxarıb süni nəfəs verməyə çalışırlar. Ermənistanın bu cür avantürist cəhdləri heç bir nəticə verməyəcək. Çünki Azərbaycan Ordusu və diplomatiyası bu kimi separatçı meylləri ötən il tarixin zibilliyinə gömüb. Vardan Oksanyanın və onu müşayiət edənlərin hamısı rüşvətxor erməni siyasətçilərdir. O, nazir olduğu vaxtlarda münaqişənin dondurulması üçün əlindən gələni etmişdi, amma Azərbaycan diplomatiyasının hücumları qarşısında duruş gətirə bilməmişdi. Nəticədə Madrid prinsiplərinə imza atmağa məcbur qalmışdı. Düşünürəm ki, onun budəfəki cəhdlərinə heç Fransadakı bacıları da dəstək ola bilməyəcək. Çünki Ermənistanın bilet almaq istədiyi qatar artıq çoxdan yola düşüb. Ermənistan sülh sazişini imzalamağa fokuslanmalıdır, İrəvan bu cür təxribatçı addımlarla heç nəyə nail ola bilməyəcək. Əks təqdirdə, Azərbaycan işğal altında saxlanılan kəndlərini güc yolu ilə alacaq və regionda əbədi sülhü də savaşla təmin edəcək. Bunu Ermənistanda da, Fransada da yaxşı başa düşürlər. Ola bilsin ki, Paşinyan hökuməti “artsax kartı”nı Qərbdən və erməni diasporundan əlavə pullar almaq üçün ortaya atıb. Bu məsələ daha çox Ermənistanın daxilinə hesablanmış addıma bənzəyir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Rəylər

Aşağıdakı məlumatları qeyd edin