Bütün ölkələr Qarabağı Azərbaycan ərazisi sayır - Paşinyandan etiraf

"Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın".

 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Baş nazir əlavə edib ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün tanınması barədə razılıq əldə olunub.

 

Hökumət başçısı onu da qeyd edib ki, Ukrayna hadisələri kontekstində yeni dünya düzəni uğrunda böyük mübarizə gedir: "Və bu yeni düzəndə biz Ermənistanı qurban verə bilmərik. Biz beynəlxalq ictimaiyyətə müharibə elan edirik? Bizim seçimimiz var: inkişafın məntiqinə inteqrasiya etmək və ya onun əleyhinə getmək. Biz sülh üçün seçim edirik".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin