Paşinyandan Qarabağ ermənilərinə ÇAĞIRIŞ - vəziyyəti gərginləşdirməyin!

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda yaşayan ermənilərə müraciət edib.

 

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan hökumətin iclasında Azərbaycanın QHT nümayəndələrinin və ekofəalların Laçın yolunda keçirdiyi aksiyadan danışıb. O bildirib ki, Qarabağ erməniləri Laçın yolu ətrafında baş verən hadisələrə təminlə yanaşmalı, prosesləri təhlil etməlidir.

 

Bundan əlavə, baş nazir Qarabağ ermənilərini, xüsusilə də separatçıları vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb. O, eyni zamanda Azərbaycanla dialoqun vacib olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının bir ayı tamam olur. Dekabrın 12-də səhər saatlarından başlayan aksiyanın artıq otuz ikinci günüdür.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin