Sentyabr döyüşləri ilə bağlı 6 erməni həbs edilib

2022-ci ilin sentyabr ayında Ermənistan-Azərbaycan arasında baş vermiş toqquşma ilə əlaqədar Ermənistanda müttəhimlərin sayı 16 nəfərə çatıb.

 

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, onlardan 6-sı barəsində həbs qətimkan tədbiri seçilib, digərlərinin ölkədən çıxış qadağa qoyulub.

 

Təqsirləndirilən şəxslərin ittihamları barədə məlumat verilməyib. Lakin qeyd edilib ki, ittihamlar əsasən, hərbçilərin müharibə dövründə xidməti vəzifələrini yerinə yetirməməsi, xidmətdən yayınmaq üçün vaxtında xidmət yerinə gəlməməsi, hərbi xidmət qaydalarını pozması ilə bağlıdır.

 

Akif İsmayılov

Rəylər

Aşağıdakı məlumatları qeyd edin