Ararat Mirzoyan Bakıya GƏLƏ BİLƏR

"3+3" formatında növbəti görüşlərin İrəvan və Bakıda baş tutması təklif edilir. Məsələ ilə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda mətbuat konransı zamanı danışıb.

Format İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfindən irəli sürülüb. “3+3” formatının ilk görüşü 2022-ci ildə Moskvada, 2023-cü ildə Tehranda, bu il isə Ankarada baş tutub. 

"Mirzoyan Bakıya gələ bilər"

Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, "3+3" formatında növbəti görüş Bakıda keçirilərsə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da iclasda iştirak edə bilər.

Sabiq nazir deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişini hələ imzalanmayıb.

"3+3” formatında görüş Bakıda keçiriləcəksə, yəqin ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da iştirak edə bilər. Sülh sazişi hələ imzalanmayıb. Ancaq ehtimal var ki, gec-tez sülh sazişi imzalanacaq. Bu da Ermənistan konstitusiyasına edilən dəyişiklikdən sona baş tutacaq. Bundan sonra  əlbəttə Ermənistan-Azərbaycan əlaqələri normallaşa bilər. Belə olan halda  “3+3” formatında görüşü Azərbaycanda  keçirmək olar. Gərək hər şeyi addım-addım edək. Mən  sülh sazişi ilə “3+3” formatında toplantını bir-birinə bağlamaq istəmirəm. Məntiqi baxımdan isə sülh sazişi imalanandan sonra belə bir toplantının  keçirilməsindən danışmaq olar".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin