Azərbaycan-Macarıstan dostluğu yeni müstəvidə

 

Azərbaycan – Macarıstan əlaqələri qurulduğu vaxtdan etibarən yüksələn xətlə möhkəmlənib. Hazırda dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda müşahidə edilən ikitərəfli münasibətlər özünün yeni inkişaf mərhələsinə daxil olub.

2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə səkkiz deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50 sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

Əlaqələrin daha da möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri, iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Belə ki, Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar.

Bu gün Azərbaycan və Macarıstan arasında ənənəvi və “yaşıl” enerji sahəsində səmərəli əməkdaşlıq da diqqət çəkir. yeni mərhələ Azərbaycan–Macarıstan arasında ötən illər ərzində nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq daim diqqətdə saxlanılıb. Bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Eyni zamanda, dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, həmçinin əks istiqamətə yüklərin ötürülməsinə başlanılıb. Bundan başqa, dost ölkənin “Wizz Air” şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviareyslərin həyata keçirməsinə başlayıb.

Bəli,qeyd edilən səmimi fikirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti əvəzolunmaz liderdir. Ölkəmiz cənab İlham Əliyevin 22 illik prezidentlik fəaliyyəti dövründə inkişafın ən yüksək həddində qərarlaşmağı bacardı. Biz iftixar hissi ilə vurğulamalıyıq ki, Prezident İlham Əliyevin ali rəhbərliyi altında həyata keçirilən müdrik xarici siyasətimiz beynəlxalq platformalarda ölkəmizə böyük hörmət və nüfuz qazandırır, Azərbaycanın adı dünyanın ən güclü dövlətləri sırasında qeyd olunur.

YAP Şuşa rayon təşkilatının əməkdaşı      
Elmir Rzayev

Rəylər

Aşağıdakı məlumatları qeyd edin