Putin və Paşinyan Laçın dəhlizindən DANIŞDI

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, tərəflər Laçın dəhlizindəki situasiyanı və Rusiya sülhməramlılarının faəliyyətini müzakirə ediblər.

 

Habelə Rusiya-Ermənistan münasibətlərinin gündəliyə daxil olan mövzuları və üçtərəfli bəyanatın realizasiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin