Dəmiryolları Kremlin cəngində – Bakı və İrəvanda KRİTİK hazırlıq

“Regional kanalların açılması məsələsində əməkdaşlığımızı dərinləşdirmək üçün rusiyalı tərəfdaşlarımızla nəinki əməkdaşlıq etməyə hazırıq, həm də bunu istəyirik”.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib.

Paşinyan növbəti dəfə açıq bəyan edib ki, dəmir yolu ilə bağlı Rusiyanın qərarını gözləyir:

“Düzünü desəm, (Rusiyaya) yazılı müraciət etmişik, hazırda cavab olub-olmadığını bilmirəm. Biz regional prosesləri dayandıra bilmərik. Ümid edirik ki, rusiyalı tərəfdaşlarımız tərəddüd etməyəcəklər. Eyni şey Axurik hissəsinə də aiddir. Əgər rusiyalı tərəfdaşlar nədənsə bu investisiyanı etmək istəmirlərsə, Ermənistan tərəfi həmin hissələri geri götürəcək və onları müstəqil şəkildə təmir edəcək”.

Paşinyanın “biz regional prosesləri dayandıra bilmərik” və Rusiyadan cavab gözlədikləri ilə bağlı fikirləri çox ciddi siqnaldır. Beləcə Ermənistan Rusiyanın əlindəki dəmir yollarını hissə-hissə geri almaqda qərarlı görünür.

İrəvan buna nail ola biləcəkmi və necə? Azərbaycan hansı dəstəyi verməlidir?

Deputat Günay Ağamalı Musavat.com-a açıqlamasında İrəvanın zaman itirmək istəmədiyini söyləyib:

"Paşinyanın son bəyanatları göstərir ki, Ermənistan regional kommunikasiyalar məsələsində artıq Rusiyanın qeyri-müəyyən mövqeyindən narahatdır və prosesləri təkbaşına irəlilətmək niyyətini gizlətmir. Xüsusilə “regional prosesləri dayandıra bilmərik” ifadəsi açıq mesajdır: İrəvan Kremlin qərarlarını gözləməklə zaman itirmək istəmir”.

Onun sözlərinə görə, məlumdur ki, Ermənistan dəmir yollarının əsas hissəsi uzun illərdir Rusiya kapitalı və idarəçiliyinin nəzarətindədir:

“İndi isə Paşinyan hökuməti bu asılılığı mərhələli şəkildə azaltmaq, ən azı texniki və investisiya baxımından öz manevr imkanlarını genişləndirmək istəyir. Çünki dəmir yolu şəbəkəsi İrəvan üçün alternativi olmayan iqtisadi mənfəət məsələsidir. Ümumiyyətlə, Rusiya qarşıdan gələn parlament seçkilərində Ermənistanda dəyişikliklərin olacağına ümid edir. Bunun üçün mümkün olan bütün vasitələrlə erməni cəmiyyətinə, həm də hökumətə təsir etməyə çalışır. Təbii ki, qərbpərəst siyasət həyata keçirən Nikol üçün Kremlin təsir imkanlarını minimallaşdırmaq zəruridir”.

İrəvan Moskvanı təkzib etdi: Rusiya Zəngəzur dəhlizi müzakirəsində yoxdur!  | Modern.az

Deputat hesab edir ki, lakin bu tez bir zamanda öz həllini tapacaq bir məsələ deyil:

“Bunun üçün zaman və Azərbaycan və Türkiyə ilə münasibətləri inkişaf etdirmək şərtdir. Yalnız qarşılıqlı iqtisadi dinamizim İrəvanı Rusiya təsirindən çıxara bilər. Aydındır ki, Rusiya təsir mexanizmlərini könüllü şəkildə əldən vermək istəməyəcək və proses müqavimətlə müşayiət oluna bilər. Ermənistanın isə indiki şəraitdə bu yükü təkbaşına daşımaq üçün həm maliyyə, həm də texniki imkanları məhduddur”.

G.Ağamalı qeyd edib ki, bu kontekstdə Azərbaycan sözügedən məsələyə məhz yeni geoiqtisadi maraqlar prizmasından yanaşır:

“Bakı üçün regional təşəbbüsləri nəzarətdə saxlamaq lazımdır. Eyni ilə Ermənistanla razılaşdırılan 8 avqust razılaşmaları. Eyni zamanda bütün regional nəqliyyat xətləri Azərbaycanın suverenliyi, təhlükəsizliyi və beynəlxalq hüquq çərçivəsində açılmalıdır. Əgər Ermənistan doğrudan da kommunikasiyaların açılmasında səmimidirsə, o zaman rəsmi İrəvan selektiv yanaşmanı ortaya qoymalıdır. Azərbaycanın verə biləcəyi dəstək rasional şərtlər üzərində olacaq. Kommunikasiyalar heç bir üçüncü ölkənin siyasi alətinə çevrilməməlidir, tranzit xətləri qarşılıqlı fayda və bərabərhüquqlu əsasda işləməlidir, bölgədə regional əməkdaşlıq formalaşmalıdır”.

Günay Ağamalı sədr seçildi

Deputat vurğulayıb ki, Paşinyanın Rusiyaya yönəlik bu açıq çağırışları əslində erməni cəmiyyəti üçün reallıqların nümayişi kimi qiymətləndirilməlidir:

“Ermənistandan fərqli olaraq Azərbaycan prosesləri öz milli maraqları çərçivəsində həyata keçirir. Bu konfiqurasiyada qaydaları Azərbaycan diktə edir".

Cavanşir ABBASLI

Rəylər

Aşağıdakı məlumatları qeyd edin