Kremldən göstəriş gəldi: "Vardanyan mane olursa, qovun getsin!"- O, Moskvada vurnuxur...

Xəbər verdiyimiz kimi, erməni mediasının yaydığı məlumatlara görə, təxminən 10 gün əvvəl  Azərbaycan torpaqlarında Rusiyanın birbaşa himayəsi altında 32-ci ildir fəaliyyət göstərən separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan "müxtəlif hökumət səviyyələrində görüşlər keçirmək" və Rusiyanın Qarabağla bağlı mövqeyini aydınlaşdırmaq üçün Moskvaya gedib və 3-4 gün öncə Xankəndinə qayıdıb. Onun ardınca isə qondarma "dövlət naziri" Ruben Vardanyan da Moskvaya uçub. 

Moderator.az xəbər verir ki, "Hraparak" nəşri separatçı rəhbərlərin Rusiya səfəri və Kremlin onlara münasibəti haqda  yeni məlumat yayıb.

"Mənbəmiz bildirir ki, Arayik Arutyunyanın Moskvada kifayət qədər yüksək səviyyədə görüşləri olub. İrəvanda Vladimir Putinlə görüşdən sonra Kremldə ona daha çox etimad göstərirlər və demək olar ki, birbaşa açıq mətnlə deyiblər: "Əgər Vardanyan mane olursa, onu vəzifədən qovun getsin, onu biz təyin etməmişik".

Arutyunyanın tərəfdarları onun Moskvadan kifayət qədər yüksək əhval-ruhiyyə ilə qayıtdığını bildirirlər. İndi Vardanyan Moskvada ona qarşı münasibəti  öyrənir. Ola bilsin ki,  Qarabağa qayıdandan sonra vəziyyəti sakitləşdirmək üçün könüllü istefa versin"- Ermənistan qəzeti belə yazır.

Bu arada Ermənistanın "Respublika uğrunda" partiyasının lideri Arman Babacanyanın "Facebook"dakı postunda Qarabağdakı separatçı rəhbərlərin Rusiya paytaxtına ayrı-ayrılıqda hansı missiya ilə getməkləri barədə ictimaiyyəti məlumatlandırmağa borclu olduqlarını yazıb.

Xatırladaq ki, dünən - fevralın 7-də "Caliber" nəşri Putinin milyarder "desant"ı olan R.Vardanyanın Rusiyaya son səfərini adi gediş kimi yox, qaçış kimi dəyərləndirib.

 

Sultan Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin