Mirzoyan: Bakı və İrəvan bəzi məsələlər üzrə mövqelərini yaxınlaşdıra bilib

Bakı və İrəvan bəzi məsələlər üzrə mövqelərini yaxınlaşdıra bilib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda xorvatiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

 

O, bir neçə gün əvvəl verdikləri təkliflərlə bağlı Azərbaycandan cavab aldıqlarını deyib.

“Məzmunu açıqlamayacağam, çünki söhbət detallardan gedir və siyasi baxımdan bu məqsədəuyğun deyil. Müzakirələrin yekunu olaraq biz Azərbaycan tərəfinə öz cavabımızı verəcəyik”, - Mirzoyan vurğulayıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin