Ermənistan qeyd-şərtsiz danışıqlara gedə bilər

“Rəsmi İrəvan Laçın dəhlizinin açılmasını Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri səviyyəsində danışıqlar prosesində iştirak üçün ilkin şərt hesab etmir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində ənənəvi brifinqdə xarici əlaqələr üzrə daimi komissiyanın sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sərkis Xandanyan bildirib.

O, Rusiya tərəfinin əvvəllər də xarici işlər orqanlarının rəhbərləri səviyyəsində görüş hazırladığını xatırladıb.

“Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bu görüşdə iştirak edib-etməyəcəyi vəziyyətdən asılı olacaq. Buna baxmayaraq, bu və ya digər vasitəçilik, o cümlədən Rusiya ilə təşkil olunan görüşlərdə iştirak baxımından bizim üçün heç bir problem yoxdur”, - deyə Xandanyan əlavə edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin