Kremlə “SOYUQ duş”: Zəngəzur dəhlizi ƏLDƏN getdi!

Ermənistan hökuməti ABŞ ilə TRIPP layihəsi çərçivəsində imzalanmış strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib. Bu barədə News.am məlumat yayıb.

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı yeni mesaj

Sənəd 2026-cı il iyunun 1-də Vaşinqtonda, iyunun 4-də isə İrəvanda imzalanıb. Konstitusiya Məhkəməsinin sazişin Ermənistan Konstitusiyasına uyğunluğu barədə müsbət rəy verməsindən sonra o, ratifikasiya üçün parlamentə təqdim ediləcək. Xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, layihənin tam həyata keçirilməsi üçün tərəflər daha iki sənəd – səhmdarlar arasında sazişi və layihənin inkişafı üzrə şirkətin nizamnaməsini də imzalamalıdır.
Qeyd edək ki, Rusiya rəsmiləri dəhlizdə iştirakla bağlı tez-tez açıqlamalar verirdi. Rəsmi Moskva bildirir ki, onun hərbçiləri “Tramp yolu”unn keçdiyi ərazilərdə yerləşir. Bu da bir növ İrəvana təhdid xarakterli mesajlardır. İndi isə Ermənistan hökuməti çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib.

Belə demək mümkünsə, Rusiya üçün Zəngəzur dəhlizi əldən getdimi, yoxsa müdaxilə imkanları hələ qalır?

Hərbi ekspert Ramil Məmmədli Zəngəzur dəhlizi layihəsinə qarşı hər hansı hərbi eskalasiya təxribatı gözləmir. Onun sözlərinə görə, Trampın adını daşıyan layihəyə qarşı hərbi təxribatlara yol verən tərəfi ciddi cavab gözləyəcək: “Rusiya üçtərəfli sənədin 9-cu bəndinə əsaslanaraq dəhlizin açılması üçün Ermənistana təzyiq göstərməliydi. Bu razılaşma ilə Federal Təhlükəsizlik Xidmətinin mühafizə alayı dəhlizə yerləşəcəkdi. Amma Rusiya vaxtında fürsəti dəyərləndirmədi. Nəticəsi də budur ki, ABŞ bölgəyə yerləşdi. Həmin şirkət ərazini 99 il icarəyə götürəcək. Halbuki Rusiya dəhlizə nəzarət edə bilərdi. Sadəcə, Ermənistan hakimiyyəti də koridor olmayacağını deyərək Rusiyaya müqavimət göstərdi. Təbii ki, bu da Qərbin İrəvana dəstəyindən irəli gəlirdi. Ardınca Rusiyanın müharibəyə başlaması onun imkanlarını daraltdı və Zəngəzur dəhlizi ilə bağlı addım ata bilmədi”.

Zəngəzur dəhlizi ilə bağlı MÜJDƏLİ XƏBƏR: Rusiya bu yoldan yalnız  istifadəçi kimi keçə biləcək - ABŞ, Azərbaycan və Ermənistan razılığa  gəlib? - Referansaz.az

Hərbi ekspertin fikrincə, bundan sonra Rusiya yalnız TRİPP layihəsindən pay istəyə bilər: “Amma İrəvan yenə də deyir ki, razılaşma Vaşinqtonla əldə olunub və Rusiyanın iştirakı nəzərdə tutulmayıb. Əlbəttə, indi Moskvanın bu marşrutda hər hansı iştirakı real görünmür. Amma Rusiyanın bəzi təzyiq xarakterli addımları istisna deyil. Azərbaycana isə yola nəzarətin hansı tərəfdə olması maraqlı deyil, bizim üçün əhəmiyyətli hissəsi budur ki, qərb rayonlarımızla Naxçıvan muxtar bölgəsi arasında maneəsiz quru keçid təmin olunsun, təhlükəsizliyə qarantiya verilsin. Yerdə qalan məsələlər isə siyasi-iqtisadi rəqabətdən irəli gəlir. Hər halda, “Tramp yolu”nun keçdiyi ərazilərdə olan rus sərhədçilərinin hər hansı destruktiv hərəkətləri olarsa, buna görə cavabdehlik daşıyacaqlar. Məncə, Rusiya ABŞ-la Zəngəzur dəhlizində üz-üzə gəlmək istəməz”.

Xatırladaq ki, TRİPP-in icraçı direktoru yəhudi-rus əsilli investor Konstantin Sokolov təyin olunub. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Paşinyan isə icazəmiz olmadan Zəngəzur dağlarında gəzir və Konstitusiyanın dəyişdirilməsinə tələsmədiyini deyir. “Bəlkə artıq Naxçıvandan Qarabağa və əks istiqamətdə reyd yürüşlərinin məşq edilməsi üçün dağ xüsusi təyinatlı qüvvələrin təlimlərinin keçirilməsinin vaxtı çatıb?”, - sabiq nazir bildirib.(ьmusavat.com)

Emil Salamoğlu

Rəylər

Aşağıdakı məlumatları qeyd edin