Paşinyan ankalvlarla yeni təklif verdi: Kərki Azərbayacana, Başkənd Ermənistana...

Ermənistanın baş naziri Nikol Paşinyan anklav və eksklav kəndlərlə bağlı məsələnin sərhədlərin delimitasiyası zamanı həllinin mümkün olduğunu bildirib.

Modern.az xəbər verir ki, Paşinyan oktyabrın 15-də hökumətin iclasından sonra keçirilən brifinqdə bu məsələyə yenidən toxunub.

Baş nazir bildirib ki, anklav və eksklav problemi həmişə mövcud olub. Onun sözlərinə görə, bu məsələ ilə bağlı hələlik razılaşma əldə edilməyib, lakin tərəflər arasında müəyyən anlaşmanın yarandığını hiss edir.

Paşinyan söhbətin Azərbaycanın Qazax rayonunun Kərki, Barxudarlı, Sofulu və Yuxarı Əskipara, eləcə də Ermənistanın Artsvaşen adlandırdığı Gədəbəyin Başkənd kəndindən getdiyini bildirib.

“İdeya ondan ibarətdir ki, sərhədlərin delimitasiyası nəticəsində onun hər iki tərəfində anklav və eksklavlar qalmasın. Bu, texniki məsələdir. Hesab edirəm ki, Artsvaşen kəndi Ermənistanın tərkibində olmalıdır”, – deyə Paşinyan vurğulayıb.

O, mümkün həll variantlarından birini də açıqlayıb. Baş nazirin sözlərinə görə, Başkəndin yerləşdiyi ərazinin sərhədləri müəyyən qədər dəyişdirilə, kənd Ermənistan ərazisi ilə birbaşa əlaqəsi olacaq şəkildə uyğunlaşdırıla bilər.

Paşinyan qeyd edib ki, oxşar yanaşma sərhədin digər tərəfindəki anklav və eksklav məsələlərinə də tətbiq oluna bilər.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin