Azərbaycan vətəndaşı belə düşünməli deyil - Eldar Namazov

“Bizə Qərbi Azərbaycana Qayıdış konsepsiyasından başqa yol xəritələri də lazımdır”.

 

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin keçirdiyi “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə politoloq Eldar Namazov bildirib.

 

“Bu istiqamətdə işlərimizi düzgün formalaşdırmaq üçün yol xəritəsi yaradılmalıdır. Biz bu yolda daha çox xarici auditoriya ilə işləməliyik. Beynəlxalq təşkilatlarda Qərbi azərbaycanlıların hüquqları tələb olunmalı, onlara dəyən ziyan tam araşdırılmalıdır. Daxili auditoriyaya da nəzarət etmək lazımdır. Hansısa Azərbaycan vətəndaşı düşünürsə ki, Azərbaycan torpaqları işğal olunmayıb, oradan soydaşlarımız deportasiya edilməyib, onlarla bağlı qanunvercilik formalaşmalıdır. Tarixi faktları inkar etmək olmaz, Azərbaycan vətəndaşı belə düşünməli deyil”, - deyə politoloq vurğulayıb.(modern.az)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin