Ərdoğandan TƏCİLİ ÇAĞIRIŞ: "Bəşəriyyətin taleyini tələyə salan..."

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının ( BMT ) Təhlükəsizlik Şurasında islahatların aparılmalı olduğunu deyib.

Bu barədə Anadolu agentliyi yazıb.

Onun fikrincə, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır.

"Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil", - Türkiyə lideri bildirib.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Burbok bildirmişdi ki, Almaniya və Hindistan BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasında israrlı olacaqlar.

“Bugünkü geosiyasi reallıqlar həmişəkindən daha çox bacarıqlı və tam fəaliyyət göstərən Təhlükəsizlik Şurasını tələb edir”, - o deyib.//Publika.az

Rəylər

Aşağıdakı məlumatları qeyd edin