Osmani: “ATƏT rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün bütün təşəbbüsləri dəstəkləyir”

"ATƏT Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə dialoqa töhfə verən bütün təşəbbüsləri dəstəkləyir".

"Report" xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

ATƏT-in fəaliyyətdə olan sədrinin sözlərinə görə, hazırda onun məqsədi sülh və təhlükəsizliyi təşviq etmək üçün Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsinə və dərinləşdirilməsinə nail olmaqdır.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin