Ərdoğan seçki kampaniyasında Qarabağdan DANIŞDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 14 mayda keçiriləcək prezident seçkiləri ilə bağlı aparılan kampaniya çərçivəsində seçicilərlə görüş keçirib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxalifətin ünvanına tənqidlər səsləndirən AKP sədri Qarabağdan da danışıb.

 

"Müxalifətdəkilər bizi tənqid etməmişdən qabaq Qarabağa - orada gördüyümüz işlərə baxmalıdırlar", - o qeyd edib.

 

Müxalifətin imperializmlə mübarizə barədə tezislərinə toxunan Ərdoğan imperialistlərlə mübarizəni özlərinin apardığını vurğulayıb: "Biz BMT-də demişik ki, dünya 5-dən böyükdür. İmperialistlərin pul kranını biz kəsmişik", - o qeyd edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin