Erməni deputat: Azərbaycanlılar bizdən daha mədənidir

Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasının deputatı Hakop Aslanyan İrəvanda bayrağımızı yandıran dizayner Aram Nikolyanı və onu dəstəkləyənləri sərt tənqid edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

 

O qeyd edib ki, azərbaycanlılar həmişə ermənilərdən daha mədəni olub.

 

“Azərbaycan heç vaxt öz ölkəsində bayrağımızı yandırmayıb, bizdən daha mədəni olub. Bu gün isə bayraq yandıran bir axmağı alqışlamaq, vətənpərvər addım atdığını bəyan etmək gülüncdür”, - deyə deputat bildirib.

 

Qeyd edək ki, aprelin 14-ü İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib. Beləki səhnəyə çıxan erməni dizayner Azərbaycan bayrağını yandırmağa cəhd edib. Aram Nikolyan polisə aparılsa da, daha sonra sərbəst buraxılıb. Rəsmi Bakı hadisəyə sərt reaksiya verib və təxribatçının cəzalandırılmasını tələb edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin