Laçın postunda ermənilərin pasporu YOXLANILIR – separatçılar İSTERİKADA

Azərbaycanın Laçın yolunda qurduğu nəzarət-keçid məntəqəsində yüklərlə yanaşı, pasport yoxlanışını da həyata keçiriləcək. Bu iddia ilə Ermənistan mediası çıxış edib.

“Hraparak” nəşri yazır ki, hələ bir neçə ay öncə Laçın yolunda rentgen cihazlarının quraşdırılması ilə bağlı Bakının istəyi qəbul olunmuşdu: “Məqsəd üç tondan artıq yüklərin daşınmasının qarşısını almaq idi. Bundan sonra baqajların yoxlanılması həyata keçirilirdi. Azərbaycan tərəfi prosesi onlayn rejimdə izləyirdi. Artıq nəzarət-keçid məntəqəsi qurdular.

Bu məntəqədə təkcə yük maşınlarının yoxlanılması yox, həm də pasportların yoxlanılması da həyata keçiriləcək və bunu birbaşa azərbaycanlı hərbçilər edəcəklər. Bu o deməkdir ki, Qarabağdakı erməni əhalisi ya ərazini tərk edəcəklər, ya da Azərbaycanın istədiyini qəbul edəcəklər. Bu, yaxın aylarda baş verəcək”, - nəşr yazır.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Rizvan Hüseynovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.(musavat.com)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin