Laçın yolu bundan sonra da açıq olacaq - RƏSMİ

Bütün xəbərdarlıqlara baxmayaraq, Ermənistan imzaladığı sənədlərə əməl etməyib.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnailə keçirdiyi mətbuat konfransında bildirib.

 

"Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə Laçın yolu üzərindən şəffaf rejimin təmin edilməsi, o cümlədən nəzarət-buraxılış məntəqəsinin Ermənistanla paralel olaraq həyata keçirilməsi təklif olunmuşdu. Bu təkliflər Ermənistan tərəfindən qəbul olunmayıb. Belə olan təqdirdə, Laçın yolu üzərində şəffaf rejimin təmin olunması üçün aprelin 23-də Azərbaycan nəzarət-buraxılış məntəqəsi qurdu", - deyə nazir vurğulayıb.

 

Onun sözlərinə görə, 2020-ci il üçtərəfli bəyanata əsasən, Laçın yolu üç məqsədlə istifadə oluna bilər. Belə ki, yoldan vətəndaşların, yüklərin və nəqliyyat vasitələrinin keçidi nəzərdə tutulub.

 

"Laçın yolu bu məqsədlər üçün açıqdır və bundan sonra da açıq olacaq", - deyə XİN başçısı vurğulayıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin