"Biz Azərbaycanın ərazi bütövlüyünü tanıdığımızı bir daha təsdiq edirik" - Ovik Ağazaryan

“Brüssel bəyanatını müsbət qiymətləndiri və hesab edirəm ki, Azərbaycanın ərazi bütövlüyü hələ 1991-ci ildə tanınıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Ermənistan parlamentinin deputatı, hakim “Vətəndaş sazişi” partiyasının üzvü Ovik Ağazaryandır.

“Mənim fikrimcə, Azərbaycan və Ermənistan, Qarabağ məsələlərinin ayrılması ilə bağlı yanaşma eyni olaraq qalır. Biz bir dövlət olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığımızı bəyan edir və təsdiq edirik”,-deyə erməni deputat bildirib

İrəvanın Qarabağdan əl çəkdiyi ilə bağlı iddialara Ovik Aqazaryan bunun yalan olduğunu deyib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin