Lavrov və Mirzoyan sülh barədə NƏ DEDİLƏR?

"Rusiyanın Cənubi Qafqazda tarixi rolu və ən ciddi maraqları var. Əminəm ki, müttəfiqlərimiz bunu başa düşür".

Bunu Rusiya XİN başçısı Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.

 

Rusiyanın xarici işlər naziri qeyd edib ki, Moskva Cənubi Qafqazda sülh və sabitliyin yekun bərqərar olmasına töhfə verməyə hazırdır: "Bu vəzifədə biz əlimizdən gələni edəcəyik ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada bugünkü görüşlərində nəticə əldə edək. Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının rolu çox böyükdür. Bu razılaşmalar bütün məsələlər üzrə bütün həll yollarının tapılmasında həlledici olmalıdır - sülh müqaviləsi, kommunikasiyaların açılması, demarkasiya. Ticarət Ermənistan-Rusiya münasibətlərinin əsl lokomotivi olub. Biz Ermənistan və Rusiya Federasiyası liderlərinin əldə etdiyi bütün razılaşmaların, ilk növbədə, ticarət-iqtisadi əməkdaşlığın irəliləməsində maraqlıyıq".

 

Lavrov qeyd edib ki, bütün bu sahələrdə irəliləyiş Cənubi Qafqazda sülhə nail olmaq üçün əsas şərtdir.

 

Ararat Mirzoyan Sergey Lavrovla söhbətində deyib ki, Ermənistan üçtərəfli bəyanatlara sadiq qalır və regionda sülhün bərqərar olmasını hədəfləyir: "Bu, ağrılı mövzular haqqında danışmaq üçün daha bir fürsətdir".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin