Paşinyan "unudur" ki, Alma-Ata bəyannaməsini 10 qeyd-şərtlə imzalamışıq - Zurabyan

"Robert Koçaryanın vaxtilə razılaşdığı konsepsiyanı Nikol Paşinyanın Qarabağ üçün fəlakətli planı ilə müqayisə etmək olmaz".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın köməkçisi Levon Zurabyan Paşinyanın dünənki açıqlamalarına münasibət bildirərkən deyib.

 

"Baş nazir yalan danışır ki, istisnasız olaraq bütün ölkə liderləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Koçaryan 1998-ci ildə ABŞ-ın konsepsiyasını qəbul edən yeganə prezident idi. Bu konsepsiya Qarabağın statusunun - faktiki olaraq sərbəst, de-yure Azərbaycanın tərkibində müəyyənləşdirilməsinə əsaslanırdı. Paşinyan isə razılaşdı ki, Qarabağ unitar Azərbaycan dövlətinə inteqrasiya edilsin, orada prokurorluq və polis də daxil olmaqla, bütün rəhbərliyi Bakıdan təyin etsinlər. Ona görə də baş nazir yenə də yayınır, öz qərarının məsuliyyətini ölkənin keçmiş rəhbərlərinin üzərinə atmağa çalışır. Lakin o, bir xırda məqamı deməyi “unudur” ki, Ermənistan Alma-Ata bəyannaməsini 10 qeyd-şərtlə imzalayıb. Onlardan aydın olur ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Qarabağa şamil edilmir", - o əlavə edib.

 

Qeyd edək ki, dünən Paşinyan Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınması barədə fikirlər səsləndirib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin