Dəmir yolunun bərpası 3 il çəkəcək - Qriqoryan

"Dəmir yolu infrastrukturunun bərpası 3 ilə qədər vaxt aparacaq".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan kommunikasiyaların açılması haqqında danışarkən deyib.

 

Qriqoryan jurnalistlərə bildirib ki, çox şey danışıqlar prosesindən, konsensusa nail olmaq üçün nə qədər vaxt lazım olmasından asılıdır.

 

"Söhbət suveren dövlətin - Ermənistanın yurisdiksiyasında olan infrastrukturdan gedir. Bundan sonra bütün digər müzakirələr texniki xarakter daşıyacaq. Regiondakı dəmir yolu infrastrukturuna nəzər salsanız, başa düşəcəksiniz ki, ayrı-ayrı hissələri bərpa etməklə biz regional səviyyədə ciddi logistika həlli əldə edirik”, - o qeyd edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin