Tərəflər Naxçıvana dəmir yolu əlaqəsinin bərpasına yaxındır - Overçuk

"Yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair görüşü keçiriləcək".

 

Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk "İnterfaks"a açıqlamasında bildirib.

 

"Ermənistan və Azərbaycan arasında sərhədi keçmək üsulu ilə bağlı texniki detallar nəzərdən keçiriləcək. Söhbət beynəlxalq sərhədlərdə mövcud olan pasport, gömrük və digər növ nəzarətin təşkilindən gedir. Tərəflər Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin bərpasına yaxındırlar", - Overçuk əlavə edib.

 

"Ermənistan Naxçıvan, Sünik, Azərbaycan vasitəsilə Rusiyaya, Aİ ölkələrinə, İrana keçmək imkanı əldə edəcək", - Rusiya rəsmisi deyib.

 

Qeyd edək ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan ötən gün mətbuata açıqlamasında üçtərəfli görüşün keçiriləcəyini təsdiqləyib: “Görünür, görüş bu həftə baş tutacaq. İşçi qrup çərçivəsində yalnız nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə olunacaq. Başqa heç nə yoxdur".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin