Rusiya Müdafiə Nazirliyindən Laçın-Şuşa yolu açıqlaması

Rusiya sülhməramlılarının Qarabağdakı komandanlığı Laçın dəhlizi ərazisində vəziyyətin sabitləşdirilməsi üzrə danışıqları davam etdirir.

Musavat.com xəbər verir ki ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

“2022-ci il dekabrın 13-də Rusiya sülhməramlılarının komandanlığı 7 saylı müşahidə məntəqəsi ərazisində vəziyyətin sabitləşdirilməsi və Stepanakert-Qoris (Rusiya MN növbəti dəfə Azərbaycan toponimlərini təhrif edib, yenə də “Dağlıq Qarabağ”, “Stepanakert” yanlışlıqlarına bilərəkdən yer verib-red.) avtomobil yolunun blokunun açılması üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirib”-məlumatda əlavə olunur.

Qeyd edək ki, Azərbaycan rəsmən bəyan edib ki, Laçın yolunu bağlamayıb və yol Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş hərbi kontingeti bağlayıb.(musavat.com)

shushainfo.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin