Ermənistan separatçıları revanşa hazırlayır? - İrəvan ikitirəlik edir

Separatçı rejimin maliyyləşdirilməsinə son qoyulması, eləcə də Azərbaycanın daxili işlərinə qarışmamaqla bağlı rəsmi Bakı dəfələrlə çıxış edib.

Bu barədə Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.

"Eyni zamanda separatçı quruma ayrılan maliyyə vəsaitinin artırılması hallarını görürük. Bu Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi qiymətləndirilir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qarşı faəliyyətini davam etdirir. Lakin danışıqlarda beynəlxalq auditoriyaya verilən mesajlarda Azərbaycanın beynəlxaq səviyyədə tanınan sərhədləri qəbu edilib, təsdiqlənir. Eləcə də bu istiqamətdə bir görüntü formalaşdırı. Real nəticədə isə Ermənistan Silahlı Qüvvələri öz bölmələrini Azərbaycan ərazisindən çıxarmır, Azərbaycan qərb rayonları ilə Naxçıvan arasında əlaqəni təmin olunmasına qarşı müqavimət genişləndirilir", - deyə İ. Hüseynov qeyd edib.

O bildirib ki, Laçın sərhəd buraxılış məntəqəsi ilə Ermənistanın yalan çıxışları, beynəlxalq icitmaiyyətin çaşdırılması hallarına rast gəlirik.

"Müxtəlif beynəlxalq təşkilatlar da erməni lobbisinin bu yalanlarına inanaraq addımlar atmağa cəhd göstərirlər. Lakin əsas məsələ bundan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra bir sıra mühim proseslər cərəyan etməyə başladı. Qondaram rejimə külli miqdarda vəsaitin ayrılması bir daha onu göstərir ki, rəsmi İrəvan bölgədə sülhün yaradılmasına qarşı çıxır, təzadlı fikirlər səsləndirilir. Azərbaycanın Ermənistanı sülhə məcbur etmə yolundan başqa heç bir çıxış yolu qalmır", - deyə o əlavə edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin