Erməni artist: “Ümid edirəm ki, İlham Əliyev kimi liderimiz olacaq”

Ermənistanın əməkdar artisti David Amalyan Azərbaycan prezidenti İlham Əliyev haqqında hörmətlə danışıb.

shushainfo.com Minval.az-a istinadən xəbər verir ki, Amalyan aşağıdakıları bildirib:

“Elçibəy dövründə onların başına gələnləri xatırlayırsınızmı? Bu şəxsə, yəni liderlərinə dərin hörmətim var. Onun xarakteri var. Bu şəxs (İlham Əliyev) yüksək intellektual qabiliyyətlərə malikdir. Efirdə hər şeyi demək istəmirəm, amma 30 ildə tayfuna çevrilmişik və İlham Əliyev bütöv bir xalq formalaşdırıb, onu ayağa qaldırmağı bacarıb. İnanıram ki, bu, bizim üçün müvəqqətidir və ümid edirəm ki, hər şeyi yoluna qoyacağıq və belə bir liderimiz olacaq”, - D.Amalyan bildirib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin