Bakı Moskvaya “YOX”, Vaşinqtona “HƏ” deyir

Bir neçə gün əvvəl Vaşinqton şəhərində ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Cəyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında görüş keçirilib. Danışıqlar həm ikitərəfli, həm də üçtərəfli formatda davam edib. Vaşinqton görüşündə əsasən “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” adlı layihə müzakirə edilib.

 

Danışıqların detalları ictimaiyyətə açıqlanmasa da, tərəflər arasında razılaşdırılmayan məsələlərin olduğu deyilir.

 

XİN başçılarının görüşünün əhəmiyyətindən söz açan ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Azərbaycan və Ermənistan danışıqlarında ən çətin məsələlər sona qalıb.

 

“Razılığa nail olmaq nə qədər yaxın olsa, bəzi hallarda bir o qədər çətinləşir, çünki ən çətin məsələlər sona qalır”, - dövlət katibi söyləyib.

 

Maraqlıdır, Bakı və İrəvan hansı məsələlərdə razılığa gələ bilmir?

 

Mövzu ilə bağlı danışan siyasi şərhçi Yeganə Hacıyeva hesab edir ki, Vaşinqton görüşünün əsas məqsədi sülh sazişi üçün baza prinsiplərin formalaşdırılması və müqavilə üçün ilkin variantın hazırlanmasıdır.

 

"Qeyd etmək lazımdır ki, iki gün ərzində istər Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında, istərsə də üçtərəfli görüşlərdə regionda sülh və stabillik şərtlərinin inkişaf etdirilməsi, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın formalaşdırdığı reallıqlar, ABŞ-ın ölkəmizin reallıqlarını Ermənistana qəbul etdirməsi geniş müzakirə olunub. Bu görüşü faydalı adlandırmaq olar. Ermənistan tərəfi görüşdən sonra danışıqların əleyhinə çıxışlar səsləndirib. Bu, onlarda adət halını alıb. Ermənistanın daxilində olan bəzi siyasətçilər ABŞ-da olan razılaşmaları təhrif etməyə başlayıblar. Əlbəttə, belə destruktiv yanaşma danışıqların mahiyyətinə kölgə saxlamağa hesablanıb”, - deyə o bildirib.(modern.az)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin