Blinkendən Laçın AÇIQLAMASI

ABŞ Dövlət katibi Antoni Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib.

 

Bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

 

Dövlət katibi, həmçinin danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini qeyd edib. O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin