Erməni politoloqdan Araiklə bağlı ŞOK AÇIQLAMA

“Araik Arutyunyanın elan etdiyi “tətil” heç nəyi dəyişməyəcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu politoloq Sergey Melkonyan deyib.

“Bir dövlət başçısı (Qarabağdakı qondarma, oyuncaq rejimin “başçısı” Araik Arutyunyan nəzərədə tutulur - red.) ölkəsi məhv olmaq təhlükəsi qarşısında ikən öz səlahiyyətlərinə uyğun addımlar atmaq əvəzinə ictimai-siyasi hərəkata qoşularsa, bu, artıq dövlətin sonu deməkdir”, - Melkonyan yerli “Review” proqramının efirində deyib.

“Arutyunyanın bu cür hərəkətləri onun artıq daxili və xarici siyasəti qurmağı bacarmadığını, o cümlədən Ermənistanla əlaqə qura bilməməsinin faktiki etirafıdır. Üstəlik, Araik bu addımı ilə Qarabağ ermənilərilə bağlı dövlətçi hərəkatı deyil, ictimai-siyasi hərəkatı gündəmə gətirir. Tətil elan etmək bir “dövlət başçısının” daşıdığı məsuliyyətdən imtinasıdır”, - Sergey Melkonyan bildirib.

Jurnalist efirdə “Araik Arutyunyan bu şəraitdə nə etməli idi?” sualını ünvanlayıb. Melkonyanın fikrincə, o, ilk növbədə İrəvandan Qarabağla bağlı danışıqları dayandırmağı tələb etməli idi.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin