Paşinyan Brüsseldə konkret nəyin müzakirə olunduğunu açıqladı

Yaxın vaxtlarda demarkasiya işlərinin kartoqrafik əsasları dəqiqləşdirilməlidir.

Bu barədə bu gün, iyulun 20-də Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O bildirib ki, Brüsseldə keçirilən görüşdə müzakirə edilən məsələlərdən biri də Ermənistan və Azərbaycan tərəfindən 29,8 min və 86,6 min kvadrat kilometr ərazi bütövlüyünün təsdiqi olub.

“Sərhədin delimitasiyası 1991-ci il Almatı Bəyannaməsi əsasında aparılmalıdır və yaxın gələcəkdə biz sərhədin demarkasiyası üzrə işlərin kartoqrafik əsaslarını dəqiqləşdirməliyik”, - o deyib.

Nikol Paşinyanın sözlərinə görə, regional kommunikasiyaların açılması tərəflərin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsipi əsasında baş tutmalıdır. /publika.az/

Rəylər

Aşağıdakı məlumatları qeyd edin