“Ermənilər Xaçaturyan mövzusunu nə qədər qabartsa, bu, o qədər bizim xeyrimizə olacaq...”

“Azərbaycanın cavabı çox haqlı, ədalətli və sadədir; Ermənistanın “humanitar karvanı”nı sərhədimizdən buraxmamaqla biz istəyirik ki, Rusiya sülhməramlılarının  təchizatı da Azərbaycan ərazisi vasitəsi ilə təmin  olunsun...”

“Əvvəla, onu deyim ki,  Azərbaycan vətəndaşlarına qarşı terror aktları törətmiş Vaqif Xaçaturyanın belə bir məqamda "Laçın" sərhəd-nəzarət məntəqəsində saxlanılması bizə böyük bir şans verdi. Və onun ermənilərə geri təhvil verilməsi artıq mümkün deyil. Çünki o, canidir, cinayətkardır. V.Xaçaturyanın Azərbaycan xalqına qarşı soyqırım aktlarında iştirakı çoxsaylı fakt və sənədlərlə təsbit olunub. Buna görə də ermənilər Xaçaturyan məsələsini beynəlxalq səviyyədə nə qədər qabartsalar, bu, bir o qədər bizim xeyrimizə olacaq. Çünki bu halda biz də I Qarabağ müharibəsində ermənilərin törətdiyi bütün cinayətləri  sıra ilə gündəmə gətirmək imkanı qazanırıq”. 

Bu fikirləri Moderator.az-a açıqlamasında “Son bir həftə ərzində Ermənistanla sərhəddəki "humanitar" karvan şousu və Qarabağda xalqımıza qarşı terror aktları törətmiş Vaqif Xaçaturyanın həbsi ilə bağlı Qərb Azərbaycana qarşı təzyiqlərə, sanksiyalara əl atmaz ki?” sualını cabablandırarkən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ifadə edib.

“Qərbin isə bu məsələlərlə bağlı bundan sonra hansı addımlar atacağını söyləmək çətindir. Çünki Qərbin də mövqeyi birmənalı deyil. Yəni Qarabağ məsələsində Rusiyaya daha yaxın olan Fransa da Qərb sayılır. Həmçinin Avropanın digər ölkələrində və ABŞ-da erməni lobbisinə bağlı qüvvələr də canfəşanlıq göstərirlər. Amma Azərbaycanın cavabı çox haqlı, ədalətli və sadədir; Ermənistanın “humanitar karvanı”nı sərhədimizdən buraxmamaqla biz istəyirik ki, Rusiya sülhməramlılarının  təchizatı da Azərbaycan ərazisi vasitəsi ilə təmin  olunsun və biz onlara təzyiq mexanizmini gücləndirəcək. Vəssəlam... İndi, Qərb buna nə deyə bilər?”, - deyə sabiq baş diplomat sual edib.

Sultan Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin