“Xəzər” Universitetində Nəsiman Yaqublunun “Şuşa irsi” kitabının təqdimatı keçirildi

“Xəzər” Universitetində tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun “Şuşa ziyalıları: unudulmuş irs” ktabının təqdimatı keçirilib.

Tələbələrin böyük marağı və fəallığı ilə keçirilən tədbirdə N.Yaqublu geniş çıxış edib.

N.Yaqublu ilk öncə bu layihəyə dəstək vermiş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.N.Yaqublu çıxışında bildirib ki, sovet rejimi dövründə Azərbaycandan və eləcə də əslən Şuşadan olan çoxlu sayda tanınmış ziyalılar vətəni tərk etmək məcburiyyətində qalıb müxtəlif ölkkələrdə yaşayıblar.Onlar, eyni zamanda, həmin ölkələrdə zəngin irs qoyub gediblər. Bu ilin “Şuşa ili” elan edilməsi imkan yaradırdı ki, həmin şəzsiyyətlərin irsi toplanılıb Azərbaycana gətirilsin və kitab olaraq nəşr edilsin.Bu sırada Əhməd bəy Ağaoğlunun, Ceyhun bəy Hacıbəylinin, Hilal Münşinin, Abay Mirzənin, Hüseyn Baykaranın, Hüseyn Mirzəcamalbəyovun adlarını çəkmək mümkündür.

   

N.Yaqublu qeyd edib ki, təbii ki, bu araşdırma prosesi gələcəkdə də davam edəcək, unudulmuş zəngin mühacirət irsimiz toplanılıb nəşr olunacaq və Azərbaycan tarixini zənginləşdirəcək.

   

Tədbirin soununda N.Yaqublu verilən sualları cavablandırıb və müəllif imzasıyla tələbələrə kitablar hədiyyə edib.

shushainfo.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin