“İlk dəfə olaraq azad olunmuş ərazilərimizdə seçki məntəqələri fəaliyyət göstərəcək, bu şuşalı olaraq məni çox sevindirir” – QHT sədri

“Dünya hər gün yenilənir və yüksək texnologiyalar dövrünə qədəm qoyaraq sürətlə inkişaf edir. Bu inkişaf cəmiyyətlərin digər sahələrinin də inkişafını labüd edir. Bu səbəbdən dövlət idarəçilik institutlarının da sürətli inkişafı üçün islahatların aparılması prioritet olaraq vacib hesab edilir”.

Bu sözləri Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədri Anar Xəlilov QHT.az-a açıqlamasında bildirib. QHT sədri hesab edir ki, Azərbaycanda da bütün sahələrdə gedən yüksək inkişaf idarəçilik sahəsində də islahatların aparılmasını tələb etdiyindən bu gün ölkə rəhbərinin müvafiq qərarı ilə növbədənkənar prezident seçkiləri təyin olunub: “Azərbaycanda bu gün demokratik seçki mühiti var və istənilən namizəd qanuna uyğun formada öz namizədliyini irəli sürə bilər. Xalqımızın da seçki maarifçiliyini yüksək qiymətləndirirəm. Bu seçkinin daha bir özəl tərəfi isə müstəqilliyimizin bərpasından sonra ilk dəfə olaraq ərazi bütövlüyümüzün tam bərqərar olması şəraitində seçki keçiriləcəyidir. İlk dəfə olaraq azad olunmuş ərazilərimizdə seçki məntəqələri fəaliyyət göstərəcək. Bu isə şəxsən bir şuşalı olaraq, Şuşa qeydiyyatlı QHT rəhbəri kimi məni çox sevindirir”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin