Dövlət Tərcümə Mərkəzi “Şuşa – sənətkarlıq və ticarət mərkəzi” adlı sənədli videoçarx hazırlayıb

Dövlət Tərcümə Mərkəzi “Şuşa İli”nə töhfə olaraq Azərbaycanın musiqi və mədəniyyət beşiyi Şuşanın qədim tarixindən, beynəlxalq ticarət əlaqələrindən, xalçaçılıq, dulusçuluq, zərgərlik və digər peşələrin yaranma və inkişafı mərhələlərindən bəhs edən “Şuşa – sənətkarlıq və ticarət mərkəzi” adlı sənədli videoçarx hazırlayıb.
Bu barədə AZƏRTAC-a Dövlət Tərcümə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, beynəlxalq internet məkanında Azərbaycan, ingilis, rus, ispan, fransız, alman, türk, çex, gürcü, fars, ərəb və Ukrayna dillərində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, eləcə də dünyadakı bir çox kütləvi informasiya vasitələrinə göndərilib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin