QHT rəhbərləri İranın Naxçıvana hücumunu terror və təxribat kimi qiymətləndirdi

"İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi molla rejiminin nankorluğu ilə yanaşı, həm də dinc sakinlərə və mülki infrastruktura qarşı terror kimi qiymətləndirilməlidir".

QHT.az xəbər verir ki, bu sözləri "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin rəhbəri Anar Xəlilov bildirib. 

Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni bildirib ki, "Güclü olduğunuz qədər ədalətli olun, onda daha güclü olarsınız” fikri bu gün də aktuallığını qoruyur. Münasibətlərdə mövcud təzadlara baxmayaraq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan Ilham Aliyev İranın Ali dini liderinin ölümü ilə bağlı dərhal başsağlığı verərək səfirliyi ziyarət etmişdi və hətta humanitar yardım göndərilməsi də planlaşdırılırdı:

"Azərbaycan hər zaman qonşuluq prinsiplərinə sadiq qalıb və heç bir ölkə üçün təhlükə mənbəyi olmayıb. Buna baxmayaraq, Naxçıvan ərazisində mülki vətəndaşların istifadə etdiyi hava limanının hədəf alınması dinc əhaliyə və mülki infrastruktura qarşı qəbuledilməz addım kimi qiymətləndirilməlidir. Mülki obyektə dron hücumu etmək acizlik və qorxaqlıq əlamətidir. Azərbaycana hücum edənlər tarix boyu peşman olublar və İran da bu addımına görə peşman olacaq".

CASCFEN sədri, Əməkdar Jurnalist Nadir Azəri isə bildirib ki, Yaxın Şərqdə son günlər gərginlik ən yüksək həddə çatıb və İran rəhbərliyində baş verən dəyişikliklərdən sonra rejim qonşu ölkələrə qarşı təxribatçı addımlar atmağa başlayıb. Siyasi şərhçi Nadir Azərinin sözlərinə görə, İran Silahlı Qüvvələrinin Naxçıvan Beynəlxalq Hava Limanına raket zərbələri endirməsi yayılan görüntülərlə də təsdiqlənir:

"Hadisə nəticəsində hava limanı terminalında dağıntıların yarandığı bildirilir. Azərbaycan hər zaman İrana qarşı ehtiyatlı və konstruktiv siyasət yürüdüb, regionda gərginliyin artmasının tərəfdarı olmayıb. Buna baxmayaraq, mülki vətəndaşların istifadə etdiyi hava limanının hədəf alınması dinc əhaliyə və mülki infrastruktura qarşı təhlükə kimi qiymətləndirilir. Bu cür addımlar regionda sabitliyə ciddi risk yaradır".
 

Pərvanə Fərhadqızı

Rəylər

Aşağıdakı məlumatları qeyd edin