Aksiya iştirakçısı: Torpaqlarımızda təbii sərvətlərimizin monitorinqini aparmaq hüququmuzdur

Yeddi gündür ki, aksiyamız davam edir. Bütün Azərbaycan xalqının dəstəyilə birliyimizi bütün dünyaya nümayiş etdirir, haqlı tələblərimizi səsləndiririk.

Bu fikri AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nərminə Qəribova söyləyib. O qeyd edib ki, havanın şaxtalı olmasına baxmayaraq, yerimizdən çəkilmir, məqsədimizdən dönmürük.

“Öz torpaqlarımızda təbii sərvətlərimizin monitorinqini aparmaq, onlara sahib çıxmaq bizim hüququmuzdur. Haqlı tələblərimiz yerinə yetirilənə qədər buradayıq”, - deyə Nərminə Qəribova vurğulayıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin