Azər Dilafət oğlu Əliyev (1999-2020)
Azər Dilafət oğlu Əliyev 1999-cu il yanvarın 6-da Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində şuşalı ailəsində anadan olub. Ailəsi əslən Şuşa rayonunun Çaykənd kəndindəndir. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına yollanan Azər Əliyev əsgərlik müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Azər top komandiri idi və döyüşlərdə fəal iştirak edirdi. Oktyabrın 15-də Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən başından ağır yaralanan Azər xəstəxanaya yerləşdirilmişdi. Uzun müddət huşsuz vəziyyətdə olan döyüşçü 2021-ci il yanvarın 28-də müalicə aldığı xəstəxanada rəhmətə getmişdir. 110 gün huşsuz vəziyyətdə qalan Vətən müharibəsi qazisi şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azər Dilafət oğlu Əliyev "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
0 Rəy