İsrafil Zülfüqar oğlu İbrahimov (1997-2020)
İsrafil Zülfüqar oğlu İbrahimov 1997-ci il oktyabrın 16-da Bakıda anadan olub. 2004-2013-cü illərdə Bakı şəhər 202 nömrəli məktəbdə təhsil alıb. Orta məktəb təhsilini Ağdam 2 nömrəli məktəbində əla qiymətlərlə başa vurub. 2015-2017-ci illərdə sərhəd qoşunlarında həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan bir müddət sonra sülhməramlı qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusukimi fəaliyyətini davam etdirib. Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsrafil İbrahimov oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsrafil Zülfüqar oğlu İbrahimov ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
0 Rəy