Azad edilən ərazilərdə torpaqlar necə bölünəcək? - Komitə sədri AÇIQLADI

Azərbaycanda torpaq islahatı 1996-cı ildə başlayıb və bir neçə il davam edib. Bu islahat nəticəsində keçmiş kolxoz və sovxozlar ləğv edilib, onlara məxsus ərazilər pay torpağı şəklində yerli əhaliyə paylanıb.

 

Qeyd edək ki, bu ərazilərin təxminən 70 faizi örüş-biçənək sahələri, 30 faizi isə əkinəyararlı torpaqlardır. 1995-96-cı illərdə torpaq islahatlarına görə, yanvarın 1-dək anadan olmuş hər bir Azərbaycan vətəndaşı yaşadığı ərazidə torpaq payı almalı idi.  O zaman dövlət belə bir formul müəyyənləşib ki, torpaqların üçdə biri dövlət, üçdə biri bələdiyyə mülkiyyətinə verilir, üçdə biri isə vətəndaşlara paylanır.

 

Amma islahatların yekununda əhaliyə torpaqların cəmi 28-29 faizi paylanılıb. O vaxt kosmik çəkilişlər aparmaq imkanları olmadığına görə torpaqları tam şəkildə uçota almaq, ölçüləri dəqiq müəyyənləşdirmək çox çətin olub.

 

Azad olunmuş ərazilərə qayıdışların bərpa edildiyi bir zamanda bu ərazilərdə torpaq bölgüsünün necə aparıldığı maraq doğurur. Azad olunan bəzi ərazilərdə artıq bir sıra özəl və dövlət müəssisələri fəaliyyətə başlayıb, insanların qayıdışı üçün işlər görülür.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Modern.az-a bildirib ki, bu ərazilərdə əhalinin sayına görə torpaqlar müəyyən olunmalıdır:

 

“Əvvəllər bu ərazilərdə kiçik-kiçik kəndlər olub. Məsələn 10-15 ailə bir yerdə məskunlaşıb, kənd yaranıb. Ancaq indiki vəziyyətdə həmin kəndlərin istismara verilməsi çətindir. O kəndlərin bərpası üçün qaz, işıq xətləri çəkilməlidir. Ona görə də düşünürəm ki, bir-birinə yaxın xırda kəndlər birləşdirilməlidir. Bu proses kəndlərin idarə olunmasında, torpaqlarının bölünməsində asan rol oynayacaq. Çünki əhalinin sayına uyğun olaraq vətəndaşlara torpaq veriləcək".

 

Deputat deyir ki, həmin ərazilərdə yaşamış insanların siyahısı dəqiqləşdirilməlidir.

 

"Amma vətəndaşlara torpaqların verilməsi halları müəyyən meyarlarla tənzimlənəcək. Məsələn, əvvəllər bu ərazilərdə 10 sot torpağı olan vətəndaşa yenidən bu  qədər torpaq verilməyəcək. Çünki  hər bir vətəndaşa həyat yanı sahə olaraq torpaq verilməlidir. Eyni zamanda torpaq bölgüsü sahəsindən və tərkibindən də asılıdır. Məsələn, elə rayonlar var ki, burada torpaq sahəsi azdır. Ona görə də həyətyanı torpaq sahəsi olaraq 4 sot, elə yer 8 sot verir.

 

Ancaq tutaq ki, Laçının ən ucqar kəndində bir nəfər yaşayıb, onun 2 hektar ərazisi olub. İndi o tələb edə bilməz ki, mənə həmin əraziləri ver, bu, düzgün deyil. Ancaq heç bir vətəndaş orada torpaqsızqalan deyil. Torpaq bölgüsünü də aiddiyatı qurumlar həyata keçirir”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin