Füzuli rayonun kənd təsərrüfatında taxılçılıq prioritet sahədir

Azərbaycan üçün bu gün ən mühüm məqsədlərdən biri iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etməkdir. Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla, iş yerləri ilə təminatda ən böyük pay sahibidir. 1995-ci ildən uğurla həyata keçirilən aqrar islahatlar ölkə iqtisadiyyatında bazar münasibətlərinin qurulmasına, torpaq və əmlakdan səmərəli istifadə edilməsinə, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsinə, sahibkarlığın formalaşmasına ciddi təsir göstərmişdir. Kənd təsərrüfatının sosial və sahəvi tərkibində əsaslı dəyişikliklər baş vermişdir. İri təsərrüfat formalarının əvəzinə müxtəlif mənsubiyyətli çoxsaylı təsərrüfat subyektləri yaradılmış, geniş miqyaslı özəlləşdirmə siyasətinə uyğun olaraq, kənd təsərrüfatına yararlı torpaq sahələri, mal-qara, istehsal və qeyri-istehsal obyektləri, kənd təsərrüfatı texnikası üzərində mülkiyyət forması fərdi (şəxsi) mülkiyyətlə əvəz edilmişdir. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, “Kənd  təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi və mineral gübrələrin 50 faiz güzəştlə satılması, kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının təşkil edilməsi kənd əməkçiləri tərəfindən yetişdirilən məhsulların itkisiz yığılmasına müsbət təsir etmişdir.

Rayon üzrə kənd, qəsəbə, şəhər ərazi icra nümayəndəliklərindən, hüquqi və fiziki şəxslərdən daxil olmuş 29-kt №-li kənd təsərrüfatı hesabatı icmallaşdırılarkən məlum olmuşdur ki, 2022-ci ildə 40190 hektar sahədən 126551.0  ton dənli və dənli paxlalı  bitkilər toplanmış, hektarın orta məhsuldarlığı 31.5 sent/ha olmuşdur. İstehsal olunan dənli və dənli paxlalı bitkilərin tərkibində buğda əsas yer tutur. 2022-ci ildə istehsal olunmuş dənli bitkilərin 90414.3 tonu (71.4 %) buğda, 35286.5 tonu (27.9 %) arpa, 810.5 tonu (0.6 %) dən üçün qarğıdalı, 39.7 tonu isə (0.1 %) darının payına düşmüşdür.

Əvvəlki illərdə olduğu kimi rayonun kənd təsərrüfatında taxılçılıq prioritet sahədir. Bunu əkin sahələrinin strukturunu nəzərdən keçirdikdə aydın şəkildə görmək mümkündür.

 

           İstehsal edilmiş dənli və  dənli paxlalı  bitkilərin 81753.2 tonu (64.6 %) ailə kəndli və ev təsərrüfatlarının, 43789.8 tonu (34.6 %) kənd təsərrüfatı müəssisələrinin, 1008 tonu isə (0.8 %) fərdi sahibkarların payına düşmüşdür. Bu onu göstərir ki, ailə kəndli və ev təsərrüfatları kənd təsərrüfatı məhsullarının əsas istehsalçılarıdır.

 

   2018-2022-ci illər üzrə rayonda dənli və dənli paxlalı  bitkilərin əkin sahəsi və məhsul istehsalı aşağıdakı cədvəldə göstərilmişdir.          

              

 

Dənli bitkilər

Ölçü vahidi20182019202020212022
Əkin sahəsiHa36858.73776538071.535553.040190
MəhsulTon109494.1118000.4121757119379.4126551.0
MəhsuldarlıqSent/ha29.731.232.933.631.5

 

Füzuli rayonunda 2022-ci il üçün 29-kt №-li forma əsasında kənd təsərrüfatı əkinləri haqqında məlumat. 

                                   

                                                    əkin sahəsi (hektar)

 

Sıra №Bitkinin adıİllərFərq     (+, -)
20212022
  1.  
Dənlilər və dənli paxlalılar 35553401904637
  1.  
Ondan   buğda26314277111397
  1.  
Arpa912812343.23215.2
  1.  
Dən üçün qarğıdalı 1051116
  1.  
Sair dənlilər624.818.8
  1.  
Kartof1531541
  1.  
Bostan2712754
  1.  
Tərəvəz46549530
  1.  
Pambıq500400-100
  1.  
Şəkər çuğunduru290.1246-44.1
  1.  
Günəbaxan23241
  1.  
Yem bitkiləri 67216928207
  1.  
Çoxillik əkmələr686.6694.47.8
  1.  
Üzüm161161-

 

 

                                                                                     

          Məhsul istehsalı (ton)

 

Məhsulun adı20212022Fərq ( +,-)
  1.  
Dənlilər və dənli paxlalılar 119379.41265517171.6
  1.  
Ondan buğda90302.690414.3111.7
  1.  
Arpa28296.835286.56989.7
  1.  
Dən üçün qarğıdalı770810.540.5
  1.  
Sair dənlilər 1039.729.7
  1.  
Tərəvəz4268.74768.8500.1
  1.  
Kartof1912.519130.5
  1.  
Bostan3305331510
  1.  
Pambıq11081065.5-42.5
  1.  
Şəkər çuğunduru97096692-3017
  1.  
Günəbaxan6163.72.7
  1.  
Yem bitkiləri54529.750534.3-3995.4
  1.  
Çoxillik əkmələr1539.31574.134.8
  1.  
Üzüm10701038-32

 

 

 

                                                                                             

 

        Məhsuldarlıq  sent/ha

 

Sıra №Bitkinin adıİllərFərq     (+, -)
20212022
  1.  
Dənlilər və dənli paxlalılar 33.531.5-2
  1.  
Ondan   buğda34.332.8-1.5
  1.  
Arpa31.028.6-2.4
  1.  
Dən üçün qarğıdalı 73.373-0.3
  1.  
Sair dənlilər16.716-0.7
  1.  
Kartof125124.2-0.8
  1.  
Bostan122120.5-1.5
  1.  
Tərəvəz91.896.34.5
  1.  
Pambıq22.226.64.4
  1.  
Şəkər çuğunduru343.1237.3-105.8
  1.  
Günəbaxan26.526.5-
  1.  
Yem bitkiləri 81.172.9-8.2
  1.  
Çoxillik əkmələr3737-
  1.  
Üzüm66.464.5-1.9

 

 

 

 

Füzuli Rayon Statistika İdarəsinin rəisi                              

Rafiq Məstəliyev 

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin