Qarabağ rəssamlıq məktəbi

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan təsviri sənətinin ümumi inkişafında ayrı-ayrı bölgələrdə yaşayıb-yaradan sənətkarların önəmli rol oynamaları danılmaz həqiqətdir. Sultan Məhəmməd, Mir Seyid Əli və Sadiq bəy Əfşar ənənələrini ugurla davam etdirən Allahverdi Avşar və Mehralının, Usta Qənbər Qarabagi, Mir Möhsün Nəvvab, Xurşudbanu Natəvan, İbrahim Səfi, Əkbər Kazım Mugan, Əli Qulu, Qurban Əli və s. sənətkarların milli təsviri sənətimizin yüksək bədii-estetik dəyərlərə malik nümunələrinin yaradıcıları kimi tanınmaları da bunu təsdiqləyir. Əgər bu sənətkarların təsviri sənət sahəsindəki fəaliyyətlərini xronoloji ardıcılıqlla izləməli olsaq, onda orta əsrlərdən başlayaraq ta XVIII əsrə qədər əvvəlcə Təbriz, XIX əsrin son qərinəsində Şuşa, XIX əsrin sonu – XX əsrin əvvəllərində isə Şamaxı və Naxçıvanda yaşayan yaradıcıların dünyamıza rənglərin işıgında bənzərsiz göz qoymaqda ad çıxardıqlarını vurgulamalıyıq.

XIX əsrdə bölünmüş Azərbaycanımızın şimalında Şuşanın mədəni mərkəzə çevrilməsində bir qanunauygunluq vardır desək, yanılmarıq. Bədxahlarımız tariximizə heç vaxt unudulmayacaq “Gülüstan” və “Türkmənçay” kimi yaralar vursalar da xalqımız bu ölçüyəgəlməz mənəvi-psixoloji agrılara öz mənəvi yüksəlişi ilə cavab verdi. Yaramızın hələ də qaysaqlanmadıgı elə həmin əsrin ortalarında Şuşada teatr tamaşalarının göstərilməsi, Qarabag xanəndələrinin Şərqin musiqi məkanında özünəməxsus nüfuz qazanmaları, Kərbəlayi Səfinin ucaltdıgı memarlıq inciləri, Usta Qənbər, Mir Möhsün Nəvvab və Xurşudbanu Natəvanın yaratdıqları rəssamlıq əsərləri də bunun təsdiqidir…
Qarabagda yaşayıb-yaratmış yaradıcıların bizim dövrə gəlib çatan, onların gözəllik duyumunu və sənətkarlıgını ifadə edən bədii nümunələrin arxeoloji qazıntılar nəticəsində üzə çıxarılmış paralanmış nümunələrinin belə bizim mənəvi qidamıza və qürur qaynagına çevrilənləri də var, bütövlüyü ilə həm də ilkin təravətini və gözəlliyini bu gün də qoruyub saxlayanları da… Kimlərinsə obrazlı deyimində duygulandırıcılıgına görə “donmuş musiqi”yə bənzədilən Qarabagın memarlıq abidələrinin oxşar duyguları aşılamaq gücü elə uzaqdan da görünəndir.
Qarabaglı yaradıcıların əhatə olunduqları əsrarəngiz yerli təbiətin onlar üçün ilk və fərdi gözəllik qaynagı olduguna rəgmən deməliyik ki, bu sənətkarların ruhunda əsl yaradıcı olmaq missiyası daşıyanların əksəriyyəti rənglərə olan özünəməxsus münasibətini sona qədər qoruyub saxlaya bilmişdir. Düşüncələrini rənglərin məna-məzmun tutumu ilə qovşaqda gerçəkləşdirən sənətkarlar çox vaxt bu rəngarəngliyi duyulası tutumda ram etməklə onların ümumi kompozisiyanın ruhuna uygunlaşdırmaga, onun bütövlüyünü əldə etməyə nail olmuşlar.
Etiraf edək ki, sənətin müxtəlif növlərində təsvirin incəliyinə və xırdalıqlara nail olmaq nə qədər çətindirsə, görünənlərin duyulası şərtilik və geniş bədii ümumiləşdirmələrlə ifadəsi ondan da çətindir. Ümumiyyətlə, fikirin yıgcam-bayatı tutumunda ifadə edilməsi həmişə çətin olub və bu yüksək sənətkarlıgın göstəricisi sayılıb. Bu mənada Qarabag ünvanlı xalça-palazların və divar rəsmlərinin, metalişləmə və agacoyma nümunələrinin naxış örtüyündəki yüksək icra sənətkarlıgının məhz belə yıgcamlıga və qeyri-adi ümumiləşdirməyə kökləndiyini söyləmək mümkündür.
Lap qədimlərdən Qarabag torpagında təşəkkül tapan təsviri və tətbiqi sənətin zaman-zaman təkmilləşən və bir qədər də zənginləşən bədii ənənələri XIX əsrdə duyulası dərəcədə yeniləşdi desək, yanılmarıq. Belə ki, məhz bu yüzillikdə mədəniyyətimizin başqa sahələri kimi təsviri sənət də özünün daha fərqli inkişaf mərhələsinə qədəm qoymuşdur. Xalqımıza orta əsrlərdən başlayaraq dünya miqyasında başucalıgı gətirən rəssamlıq sənətimiz Sultan Məhəmməd kimi sarbanı itirəndən sonra çox tez bir zamanda zirvəsinə qar yagıbmış kimi göründü və Təbriz məktəbində yaşanan qaynar yaradıcı həyat və burada yaradılan əsərlərin daşıdıgı çoxqatlı bədii-estetik tutum müxtəlif səbəblər üzündən zəiflədi və tədricən gəlmə meyllərinin əlamətləri ilə qovşaqda inkişafını davam etdirməyə başladı. Az sonra sənət tariximizə “Qacar üslubu” kimi daxil olacaq sənət yönümü belə yarandı. Təsviri sənətimizin çoxəsrlik inkişaf mərhələsində çox önəmli sayıla biləcək həmin dövrdə yaradılmış sənət əsərlərinin bədii şərhində həm klassik miniatür üslublu əsərlərdən gəlmə şərti-dekorativ forma-biçimə, həm də Qərbi Avropa rəssamlıgına xas olan realist-gerçəkçi xüsusiyyətlər qoşalaşmışdı. Bu üslubun Arazdan aşagıda – ölkənin güneyində yüksək dairələrdə təqdir olunması demək olar ki, miniatür üslubunun illərlə formalaşmış zəngin bədii ənənələrinin sonrakı inkişaf taleyini sual altına qoymuş oldu. Bütün bu baş verənlər təbii olaraq şimalda yaradıcılıqla məşgul olanların, o cümlədən də qarabaglı rəssamların da fəaliyyətinə təsir göstərdi. Şuşada yaşayan Qarabag sənətkarlarının yaradıcılıgının təsviri sənət tarimizdə qədim və ənənəvi miniatür sənəti bədii ənənələrinin bir qədər zəifləyib yeniləşməsi, özündə Şərq və Qərb rəssamlıgının qovşagənı yaşadan bədii prinsiplərlə əvəzlənməsi dövrünə təsadüf etdiyindən onlarən üzərinə böyük məsuliyyət düşürdü desək, həqiqəti söyləmiş olarıq. Bu mənəvi məsuliyyət heç şübhəsiz ilk növbədə uzun əsrlər boyu təkamül yolu ilə formalaşan Azərbaycan təsviri sənəti ənənələrinin qorunması ilə baglı idi. Bu gün duyulası zaman distansiyasından qətiyyətlə demək olar ki, Qarabagda – onun iqtisadi-siyasi və mənəvi mərkəzi sayılan Şuşada çalışan fırça ustaları sələflərinin onlara miras qoyub getdikləri əvəzsiz bədii irsə xas olan bədii ənənələri yaşatmaqla yanaşı, onları yeri gəldikcə özünəməxsus bədii məziyyətlərlə zənginləşdirməyə nail olmuşlar. Buna XIX əsrin ikinci yarısında yaşayıb-yaratmış Usta Qənbər Qarabagi (1830-1906) və onun qardaşı Səfərin, oglu Şükürün, Mir Möhsün Nəvvab (1833-1918) və Xurşudbanu Natəvanın (1832-1897) bizə ərməgan qoyduqları sənət nümunələrinin timsalında əmin olmaq mümkündür. Onların zəngin təxəyyülünün nəticəsi olan sənət nümunələri mülki və ictimai tikililərin divarlarını, nəfis xətlə yazılmış əlyazmalarını, ayrı-ayrı vərəqləri bəzəməkdədir. Bu sənətkarların hər birinin yaradıcılıq yoluna ətraflı nəzər salmaqla onların əsərlərində hifz olunan dünyaya azərbaycanlı-qarabaglı baxışının bədii-estetik məziyyətlərini duymaq mümkündür. Bir azdan biz sizi xəyalən geriyə – təzadlı hadisələrlə dolu XIX əsrə qaytaracaq, həmin dövrün bədii hadisələrinə əyanilik gətirməyə və dəyərləndirməyə çalışacagıq. Amma bu yerdə deyək ki, Azərbaycan incəsənətinə qarabaglı duyumu və görümü ilə rəngarənglik bəxş edənlərin siyahısı XIX əsrdə Şuşada yaşayan rəssamların fəaliyyəti ilə məhdudlaşmır. Elə Qarabag ünvanlı bu qədim ənənənin sonrakı dövrlərdə də davam etdirilməsinin nəticəsidir ki, bu gün biz Qarabag rəssamlıq məktəbi haqqında danışa bilirik.
XX əsrin ilk qərinəsində baş verən ciddi ictimai-siyasi hadisələrin axarında Bakının ölkədəki bədii hadisələrin mərkəzinə çevrilməsini şərtləndirdi. Burada təsviri və tətbiqi sənətin inkişafına və təbliginə xidmət edən rəssamlıq məktəbi və muzey açıldı. Bütün bunlar heç şübhəsiz yeni siyasi sistemlə baş-başa qalan respublikada sənət həvəsli insanların yaradıcılıq axtarışlarının imkanlarını bir qədər də genişləndirdi. Əvvəllər öz istedadını yalnız yaşadıgı bölgədə nümayiş etdirən yaradıcıların artıq həm də sosialist tutum alan ölkə paytaxtının mədəni həyatında iştirakları onların ruhlarında gəzdirdikləri mənəvi dəyərləri Avropa-rus bədii ənənələri ilə qovuşaqda ifadə etməyə imkan verdi. Həmin yaradıcıların arasında Qarabagın müxtəlif guşələrindən içində gəzdirdikləri yaratmaq arzusunu daha da alovlandırmaq niyyətində olanlar da az deyildi. Azərbaycan təsviri sənət tarixinin XX-XXI əsri əhatə edən xronologiyası milli incəsənətimizdə dərin iz salmış neçə-neçə sənətkarın adını yaşadır. Onların arasında artıq dünyasını dəyişmiş Əmir Hacıyev, Lətif Kərimov, Togrul Nərimanbəyov və Cəlal Qaryagdı ilə yanaşı, bu gün də yaradıcılıgını davam etdirən Altay Hacıyev, Xanlar Əhmədov, Zakir Əhmədov, Fəxrəddin Məmmədvəliyev, Məzahir Avşar, İlham Ənvəroglu, Cahid Camal, Yusif Mirzə, Kamal Əhməd, Rövşən Bayramov, Firdovsi Atayev, Elşən Hacızadə, Nizami Hüseynov, Elturan Avalov və Səyyar Əliyev kimi sənətkarların adlarını çəkmək olar. Azərbaycan incəsənətinin müasir mərhələsi haqqında məlumatı olan hər kəsə bu adlar yaxşı tanışdır. Əslən qarabaglı olan bu yaradıcıların hər birinin sənətdə öz yolu, fərdi və fərqli dəst-xətti vardır desək, həqiqəti söyləmiş olarıq. Togrul Nərimanbəyovun rəngkarlıqda yaratdıgı “Azərbaycan nagılı”, Lətif Kərimovun sirr qatına bələnmiş xalçaları, Cəlal Qaryagdı və Xanlar Əhmədovun axıcı və oynaq daş-tunc tutumdan “boylanan” gözəllik duyumu, Əmir və Altay Hacıyevlərin ənənə və müasirliyə tapınan “cizgi möcüzəsi”, Məzahir Avşarın türk mənəvi dəyərlərinə verdiyi düşündürücü plastik görüntü, İlham Ənvəroglunun görünənlərin fəlsəfi tutumuna işıq salmaq istedadı, Səyyar Əliyevin Qarabag dərdlərinə tutdugu bədii-fəlsəfi “güzgü” özündə ilk növbədə onların yaradıcılarının sənətkar “mən”ini yaşadır. Hər bir gözəllik yaradıcısının arzuladıgı bu ugurlu nəticənin əldə olunmasındadır ki, adlarını vurguladıgımız təsviri və tətbiqi sənət ustaları Azərbayvan incəsətinə özünəməxsus töhfə verməklə, onun rəngarəngliyinin təminatçısına çevrilmiişlər.

Ziyadxan Əliyev
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru

Rəylər

Aşağıdakı məlumatları qeyd edin