Ermənistan KTMT-dən qovula və ya çıxa bilərmi - Qərb bunda maraqlıdır, Rusiya isə...

Ermənistan faktiki olaraq bütün dünyanı, o cümlədən üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qanunsuz, saxta tələbləri, istəkləri ilə təngə gətirib. Düzdür, Ermənistanın bacısı sayılan Fransa, digərləri erməniçiliyi öz korporativ maraqları naminə müdafiə edir, bu saxtakarlığa dəstək, rəvac verirlər və sanki bundan zövq də alırlar.

Ancaq reallıq bundan ibarətdir ki, erməni həyasızlığı sərhəd tanımır və hər addımda səslərini başlarına ataraq beynəlxalq gücləri, qurumları Azərbaycana qarşı qaldırmağa çalışırlar. Xüsusən son aylarda Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Qarabağda gedən proseslərə cəlb etmək üçün hər hoqqadan çıxır. 12-14 sentyabr hadisələri zamanı Azərbaycanın guya Ermənistan ərazilərinə “təcavüz” etdiyini iddia edərək, KTMT-ni köməyə çağırmışdılar. Lakin həmin vaxt KTMT bildirdi ki, baş verənlərin Ermənistan ərazisinə heç bir aidiyyəti yoxdur, proseslər Azərbaycan sərhədləri daxilində baş verir. Daha dəqiq desək, Azərbaycan öz sərhədlərinin yerini müəyyən edərək, orada qərar tutur. Azərbaycan vətəndaşları Laçın yolunda dinc aksiyaya başlayandan sonra Ermənistan yenə də KTMT-dən kömək istəyib. Təsəvvür edin, Azərbaycan dünya tərəfindən tanınan sərhədləri daxilində separatçı ermənilərin qanunsuzluqlarının qarşısının alınması prosesini həyata keçirir, bunlar KTMT-nin müdaxiləsini istəyir. Sanki Paşinyan KTMT-ni ələ salır, onu oyuncaq bir qurum hesab edir. Ancaq KTMT növbəti dəfə Ermənistanı pərt edib. KTMT Baş katibi Stanislav Zas deyib ki, ümumiyyətlə, Ermənistan tərəfindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Laçın dəhlizindəki vəziyyətlə bağlı müraciət olmayıb. Baş katib həmçinin qeyd edib ki, Laçın dəhlizi ilə bağlı məsələnin həlli KTMT-nin məsuliyyət dairəsindən kənardadır.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi haqlıdır. Təşkilat İkinci Qarabağ müharibəsinə qarışmadı, Ermənistanı dəstəkləmədi. Putin də müharibənin Ermənistanın kənarında davam etdiyini, söhbətin Azərbaycanın ərazisində getdiyi üçün qarışmayacağını bildirmişdi”.

Ermənistanın təxribatlarına qarşı gücdən istifadə etmək məcburiyyətindəyik"  - ELXAN ŞAHİNOĞLU

 Elxan Şahinoğlu

Bu fikirləri isə Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, indi də eyni proses baş verir: “Qarabağla Ermənistanı birləşdirən yol Azərbaycan ərazisindədir. KTMT buna qarışa bilməz. Təşkilat Azərbaycan və Ermənistan arasında sentyabrda təmas xəttində baş verən təxribatlara da qarışmadı. Ermənistan dəfələrlə, cidd-cəhdlə proseslərə qoşulmağa çalışsa da, buna nail ola bilmədi. Laçın dəhlizi ilə bağlı şərh vermək KTMT-nin səlahiyyətləri xaricindədir. Buna görə də təşkilatın baş katibinin yanaşması doğrudur”.

Görünən budur ki, Ermənistan artıq həm Qərbdə, həm Avropada, həm də Rusiyada real dəstəyini itirmiş durumdadır, xaotik, qeyri-müəyyən bir durumdadır. Paşinyanın Qərb və Rusiya arasında “siçan-pişik” oyunu onu tamamilə qeyri-ciddi bir duruma salıb. Odur ki, hazırda nə etməli olduqlarını müəyyən edə bilmirlər, hansı ki, bunun çox sadə düsturu var: Azərbaycanla hesablaşmaq, sülh müqaviləsini imzalamaq, öz sərhədlərinə çəkilmək. KTMT Qarabağla bağlı proseslərdə təbii ki, ona kömək edə bilməz. Amma görünən budur ki, Ermənistan KTMT-dən bərk incikdir, paralel olaraq onu bezdirir. Qanunsuz tələblər, KTMT-ni təxribatlara sövq etmək cəhdləri Ermənistanın bu qurumdan qovulmasına səbəb ola bilərmi? Eyni zamanda özünün oranı tərk etməsi proqnozları da var. Əlbəttə, Qərb də bunda maraqlıdır. Üstəlik, Ermənistan, separatçı rejim Rusiyadan incik düşmüş kimi görünür. Belə bir durumda Paşinyan KTMT-dən imtina edə bilərmi?

Azər Badamov: Koronavirusla mübarizədə Azərbaycan həkimləri böyük  fədakarlıq və əzmkarlıq göstərirlər

Azər Badamov: “Ermənistanın gələcəyi Azərbaycandan asılıdır”

Deputat Azər Badamov Paşinyanın qərarsız vəziyyətdə qaldığını söylədi. O, Ermənistanın gələcəyinin Azərbaycandan asılı olduğunu düşünür: “Ermənistanın yalan və şər böhtan üzərində qurulmuş fəryadlarına dünya ictimaiyyəti  o qədər əhəmiyyət vermir. Ona görə də Paşinyan KTMT-nin  və ya Qərbin yanında olacağı ilə bağlı qəti qərarını verə bilmir. Yəni Ermənistan KTMT-dən və Qərbdən beynəlxalq hüquq normalarına hörmət etməməyi və birtərəfli şəkildə erməniləri  dəstəkləməyi istəyir. Məsələn, Paşinyan 12-14 sentyabrda Azərbaycanın Ermnənistan ərazisinə hərbi müdaxilə etdiyini bildirərək KTMT-ni münaqişəyə cəlb etmək istədi. KTMT-nin araşdırmaları müəyyən etdi ki, Azərbaycan öz ərazisindədir və burada müdaxilədən hər hansı söhbət getmir. Hərbi müdaxilənin olduğuna qərar vermək üçün sərhədlərin delimitasiyası və demarkasiyası aparılmalıdır. Ona görə də KTMT Ermənistanın çağırışını rədd etdi. İndi isə Laçın yoluna KTMT-ni çağırır. KTMT-nin Baş katibi Stanislav Zas bildirir ki, Laçın yolu Azərbaycanın suveren ərazisidir və ora KTMT girə bilməz. Paşinyan isə Ermənistanın KTMT-dən çıxacağı ilə hədələyir. Təbii ki, Ermənistanın KTMT-dən çıxıb başqa bir bloka daxil olmaq şansı da sıfırdır. Çünki Paşinyan Ermənistanın növbəti addımı olaraq,  BMT TŞ-yə müraciət edərək Laçın yolunun guya blokadaya alınması ilə bağlı tədbir görməyə çağırış etdi. BMT Baş Katibinin köməkçisi Miloslav Yença Təhlükəsizlik Şurasının iclasında  açıq şəkildə bildirdi ki, BMT Laçın yolunda və Rusiya sülhməramlılarının məsuliyyət zonasında iştirak etmir. Bununla yanaşı, bildirdi ki, aksiya keçirən azərbaycanlıların tələbi Qarabağın dağlıq ərazilərindən mineral filizlərin qeyri-qanuni talanmasına və ətraf mühitə ziyan vurulmasına qarşıdır. Sonda isə 10 noyabr üçtərəfli bəyanatın şərtlərinin icra edilməsinə və sülhün qorunmasına çağırış edir. Bu o deməkdir ki, Azərbaycanın bütün hərəkətləri beynəlxalq hüquq normaları çərçivəsindədir və sizin müraciətiniz əsassız şər-böhtandır.

Ermənistana dəstək verən Fransanın özü Korsikiada insan haqlarını kəskin və kobudcasına tapdaladığına görə ittiham olunmalıdır. Fransanın Ermənistana dəstəyi uzaqda dayanıb barıt qoymaqla aranı qızışdırmaqdan başqa bir şey deyil. Təəssüf ki, Ermənistanın rəhbərliyi vəziyyəti düzgün dəyərləndirməyərək özlərinin xam xəyallarına aldanmaqda davam etməkdədir. Əgər Ermənistan rəhbərləyinin sağlam düşüncəsi olsaydı KTMT və ya Qərbin arxasınca gedərək qapılarda yalvarmaqdansa, Azərbaycanla sülh müqaviləsini imzalayaraq normal insanlar kimi yaşamalarına başlayardılar. Ermənistanın gələcəyi Azərbaycandan asılıdır. Nə qədər ki, Paşinyan və onun komandası reallığı düzgün dəyərləndirə bilməyəcəklər, onlar yol ayrıcında azıb məhv olmaqda davam edəcəklər".

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını

Əziz Əlibəyli: “Onun KTMT-dən imtina etməsi, sadəcə, imkansızdır”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Ermənistanın KTMT-dən çıxma şanslarını ümumiyyətlə görmür: “Ermənistan məsələsi beynəlxalq toqquşmaların predmetinə çevrilməkdədir. Son olaraq, dekabrın 20-də erməni tərəfin müraciəti əsasında BMT-yə çıxarılan Şuşa-Laçın yolu məsələsi ilə bağlı mövqelərə baxdım. Birmənalı şəkildə qlobal güclər Rusiyanın, Rusiya tərəfi də həmin güclərin bölgədəki varlığına qarşı yeni bir sistem formalaşdırmağa çalışırlar. Belə bir şəraitdə KTMT-nin Ermənistandan imtina etməsi, yaxud da əks formada prosesin baş verməsi real deyil. Amma bir cəhd edilir. Belə ki, Paşinyan bütövlükdə Qərb əsaslı tezislər üzərindən onların da dəstəyi ilə çalışır ki, Rusiyanı bölgədə nominallaşdırsın və bütövlükdə onun təsir imkanlarını sıfıra endirsin. Savaş yəni bunun savaşıdır. Rusiya və Birləşmiş Ştatların son açıqlamalarında konkret görünən mənzərə odur ki, bölgədə deyəsən hələ bu ölkələrin Ermənistan üzərindən toqquşma ehtimalları güclənməkdədir. Belə olan şəraitdə hər hansı bir ssenarinin sırf rusiyayönlü KTMT çərçivəsində mənfi orbitdə cərəyan etməsi imkansız görünür. Rusiyanın Vardanyan, Sərkisyan-Köçəryan, 102-ci hərbi baza kimi həmlələri var. Azərbaycan həmləsini də bu sıraya əlavə etmək olar. Nə qədər qəribə görünsə də, Kremlin Qarabağ erməniləri həmləsini də unutmaq olmaz, üstünə KTMT həmləsini də gələk. Şimal qonşumuzun Ermənistan erməniləri həmləsi belə mövcuddur. Bu da Ermənistan üzərində çoxsaylı çeşid imkanları yaradır ki, onun KTMT-dən imtina etməsi, sadəcə, imkansızdır. Erməni iqtidarı bu yöndə Qərbin aldığı siyasi baxışları inkişaf etdirməyə çalışır. Şərait düşdükcə də, o zərbələri vurmağa davam edir”.

Нет описания фото.

Rüfət Hacıbəyli: “Hər iki məsələ Ermənistanın Rusiyadan qopması üçün...”

AĞ Partiya başqanının müavini, siyasi ekspert Rüfət Hacıbəyli isə qeyd etdi ki, Paşinyan KTMT-dən imtina etməyi əsas məqsədlərdən biri kimi qarşısına qoyub: “Bunun həqiqiliyini daha dəqiq bilmək üçün KTMT Təhlükəsizlik Şurasının noyabr ayında İrəvanda keçirilən iclasında Paşinyanın "KTMT-nin Ermənistana yardım haqqında sənədi" imzalamaqdan imtina etməyinə diqqət çəkmək lazımdır. Paşinyan bunu belə əsaslandırmışdı ki, son iki ildə guya Azərbaycanın Ermənistana 3 “hərbi hücumu”na KTMT heç bir reaksiya verməyib və bununla bağlı heç bir qərar qəbul etməyib. Hətta bunu Ermənistanın KTMT-dəki uğursuzluğu kimi qiymətləndirib. Bu məsələnin KTMT-nin daxildə və və KTMT hüdudlarından kənarda onun, dolyası ilə Rusiyanın imicinə vurulan zərbə kimi dəyərləndirib.

Paşinyan onu iqtidara gətirən qüvvələrin istəyinə uyğun olaraq hər addımda “gözəl bir şəkildə” manipulyasiya edərək, KTMT-ni “fakt” qarşısında qoyaraq Ermənistan ictimaiyyəti qarşısında “gözdən salır”.

Son olaraq BMT TŞ-nin Laçın yolunun guya blokadada olmasa ilə bağlı keçirilən iclasında bəzi erməni KİV-ləri Rusiya nümayəndə heyətini Xankəndi məsələsinə açıq mövqe bildirməməsinə və mövzudan yayınmağına görə açıq şəkildə qınamağa başladı.

Xankəndi yolunda baş verən hadisələrdə isə rus sülhməramlılarının sakit mövqe sərgiləməsi Ermənistanın Rusiyadan qopması üçün Paşinyana əlavə fürsətlər verdi.  Bu barədə Erməni KİV-lərinin mövqeyini oxuyarkən aydın şəkildə görmək olur ki, Ermənistan Xankəndi yaxınlığında baş verən hadisələri birbaşa olaraq Rusiyanın üzərinə atır və bildirir ki, bu, rus sülhməramlılarının məsuliyyət zonasıdır və burada baş verənlərə Rusiya cavabdehdir. Paşinyan bu hadisədən istifadə edərək erməni ictimaiyyətinə göstərir ki, nə edə bilərəm, KTMT Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün məsuliyyət daşıyır, amma sərhəddə baş verən toqquşmalara heç bir reaksiya vermir, Xankəndi rus sülhməramlılarının məsuliyyət zonasına aiddir, amma Xankəndi yolunun bağlanmasına səsini belə çıxarmır". Hər iki məsələ Ermənistanın Rusiyadan qopması üçün Paşinyana “yağlı fürsətlər”, bəhanələr verir. ABŞ və Qərb də bu fürsətlərdən istifadə edərək Ukraynada olduğu kimi, Ermənistanda da “Rusiya boşluğunu” doldurmağa çalışır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin